Mojo.az Banner
SON DƏQİQƏ
18:14 "Sabah"ın oyunu ilə əlaqədar bəzi marşrutların hərəkət sxemi dəyişdirilir  |     18:12 Leyla Əliyeva Türkmənistanda səfərdədir - Foto  |     17:33 Rusiyanın Kiyevə hücumu zamanı Azərbaycan təşkilatının ofisinə ziyan dəydi  |     17:30 Şəhid ailələrinin pulunu mənimsəyən məmura ağır cəza verildi  |     17:28 TƏBİB Səhiyyə Nazirliyinə verildi: Xəstələri və xəstəxanaları nə gözləyir?  |     16:52 Sahibə Qafarova Qırğızıstan parlamentinin sədri ilə görüşüb  |     16:51 Prezident onları təltif etdi - Siyahı  |     16:46 Ailə qurmaq istədilər, çətinə düşdülər — Valideynlərin sənədi itibsə, NƏ ETMƏLİ  |     16:44 Ramiz Mehdiyev AMEA-nın həqiqi üzvlüyündən nə vaxt çıxarılacaq?  |     14:41 Vətəndaşı təhqir edən vəzifəli şəxs işdən çıxarıldı  |     14:33 Bakının xeyli ərazisində qaz olmayacaq  |     13:52 Azərbaycanda bir sıra şəxslərə pulsuz mənzil veriləcək  |     13:42 Deputat tələbə təqaüdləri ilə bağlı MÜJDƏNİ verdi - Gələn il...  |     13:19 Kənddə 25, bazarda 50 qəpiyə: Yumurta niyə bahalaşır?  |     13:03 Azərbaycanda daha bir zəlzələ oldu - Foto  |     12:51 Prezidentin baş nazirin müavini təyin etdiyi Teymur Musayev kimdir? - Dosye  |     12:42 Azərbaycanın yeni səhiyyə nazirinin dosyesi  |     12:33 Piyada səkilərini zəbt edənləri bu qədər cərimə gözləyir – Açıqlama  |     12:27 Anar Bayramov nazir təyin olundu - Sərəncam  |     12:21 Prezident Teymur Musayevi nazir vəzifəsindən azad etdi - Yeni təyinat  |    
Mojo.az Avto
Mojo.az Avto

Neft Emalı Zavodunda yenidənqurma işləri nə vaxt bitəcək?

30.08.2019 13:14 6 533
Neft Emalı Zavodunda yenidənqurma işləri nə vaxt bitəcək?
Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunda yenidənqurma və modernləşdirmə işlərinin 2024-cü ilin sonu - 2025-ci ilə qədər başa çatdırılması planlaşdırılır.

"Report" xəbər verir ki, bu barədə zavoda təşkil olunan press-tur zamanı layihə rəhbəri Nihal Allahverdiyev bildirib.

Onun sözlərinə görə, hazırda zavodda 6 qurğu istismardadır:

"2021-ci ildə zavodda 17 yeni qurğu istismarda olacaq. 2025-ci ildə isə istismarda olan qurğuların sayı 24-ə çatacaq".

N.Allahverdiyev xatırladıb ki, layihənin birinci mərhələsi çərçivəsində inşa olunan bitum istehsalı qurğusu və maye qaz doldurma stansiyaları 2018-ci ilin sonunda istismara verilib:

"Layihənin növbəti mərhələləri üzrə işlər iki yerə yeni qurğulara (Paket A) və rekonstruksiya ediləcək qurğulara (Paket B) bölünüb".

Paket A üzrə işlərin icrasına sabit qiymət əsasında İtaliyanın "Tecnimot-KT" alyansı cəlb edilib. Bu paket çərçivəsində dizel yanacağının hidrotəmizlənməsi, benzinin hidrotəmizlənməsi, kükürdün alınması, izomerləşmə, MTBE, hidrogen alınma, maye qazın hidrotəmizlənməsi üzrə "Merox" və C4/C5 fraksiyalarının hidrotəmizlənməsi qurğularının, eləcə də ümumzavod təsərrüfatı üzrə bir sıra qurğuların inşaşı nəzərdə tutulub. Bu paket üzrə detallı layihələndirmə işlərin təxminən 90%, satınalma işləri 72%, tikinti işləri isə 17% icra olunub.

Paket B-nin icrası üçün İspaniyanın "Tecnicas Reunidas" şirkəti cəlb edilib. Layihə üzrə ELOU-AVT, katalitik krekinq, katalitik riforminq, naftanın hidrotəmizlənməsi, vakuum qazoylun hidrotəmizlənməsi, amin regenerasiya və əlavə hidrogen istehsalı qurğularının, mövcud ümumzavod təsərrüfatının rekonstruksiya edilməsi nəzərdə tutulub.

Qeyd edək ki, Heydər Əliyev adına Neft Emalı Zavodunda, əsasən, Azərbaycan nefti emal edilərək 40 növədək neft məhsulu istehsal edilir. Hazırda zavodda yenidənqurma və modernləşdirmə layihəsi həyata keçirilir. Bu işlər nəticəsində zavodun illik emal gücünün 6 milyon tondan 7,5 mln tona çatdırılması, “Euro-5” standartlarına cavab verən dizel və benzin istehsalı nəzərdə tutulur.скачать dle 11.3

Son xəbərlər