Mojo.az Banner
Left Banner
Right Banner

Xətai rayonunda oğurluq edən 3 nəfər saxlanılıb

29.08.2019 17:13 3 098
Xətai rayonunda oğurluq edən 3 nəfər saxlanılıb
Median.Az xəbər verir ki, Xətai RPİ 35-ci polis bölməsinin əməkdaşları tərəfindən avqustun 24-nə keçən gecə rayon ərazisindəki kafedən, qapını sındırmaq yolu ilə 70 manat pul və 2 ədəd mobil telefon oğurlayan Bakı şəhər sakini A.Həsənov və Yardımlı rayon sakini R.Dadaşzadə saxlanılıblar.

Bundan başqa, 35-ci polis bölməsinin əməkdaşları tərəfindən rayon ərazisindəki evdən 585 manat pul oğurlayan Bakı şəhər sakini A.Həsənov saxlanılıb.

Faktlarla bağlı CM-nin 177-ci (oğurluq) maddəsi ilə istintaq aparılır.скачать dle 11.3
Mojo.az Banner