Mojo.az Banner
22:15 Çuğundur şirəsi məşqi daha effektiv edə bilər: Onu nə vaxt içmək yaxşıdır?  |     22:09 Naxçıvanda dövlətin 245 milyon manatı necə "yeyilib"? - DETALLAR  |     22:01 Xalq şairinin adından saxta səhifə ilə uyğunsuz qruplara dəvətlər edilir  |     21:56 Bəzi informasiya sistemlərinə qarşı kibertəhlükələr müşahidə olunur  |     21:50 Abşeronda 23 motoxuliqan saxlanıldı - VİDEO  |     21:42 Pensiya hesablanmasında yenilik - Kim nə qədər itirəcək? (VİDEO)  |     21:37 Cənubi Koreya Kiyevdəki səfirini geri çağırır  |     21:30 Sumqayıtda ötən ay dənizdə batan 82 yaşlı kişinin meyiti tapıldı  |     21:24 Ermənistanda hərbi xidmətə çağırış yaşı artırıldı  |     21:15 Azərbaycanda yenidoğulan körpələrin sayı azalır - VİDEO  |     21:10 Bakıda bir manat 3 il həbsə səbəb oldu  |     21:03 100 milyon təklif olundu, qəbul etmədi  |     20:48 Bu gün yaralanan çobanın atası da minaya düşdü - YENİLƏNİB  |     20:36 Azərbaycanda bəzi kolleclər ləğv oluna bilər  |     20:29 Azərbaycanın cüdo tarixində rekord...  |     20:20 Yeməkdən sonra piyada gəzmək mütləqdir?  |     20:06 Bakıda məşhur restoranda biabırçı vəziyyət - İddia - Video  |     20:00 Baloğlan Əşrəfovun oğlu: "Atama qarşı haqsızlıqlar çox oldu"  |     19:12 Şəmkirdə bazarda ciddi nöqsanlar aşkarlanıb – fəaliyyəti nəzarətə götürüldü  |     19:10 Kişilərin saçı yaş artdıqca niyə tökülür? – Əsas səbəb nədir?  |    
Mojo.az Avto
Mojo.az Avto

Bakıda oğurluğa görə 7 nəfər saxlanılıb

18.03.2019 12:38 4 017
Bakıda oğurluğa görə 7 nəfər saxlanılıb
Median.Az xəbər verir ki, Binəqədi RPİ 7-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində martın 11-də paytaxt sakini R.Baxşəliyevin mobil telefonunu oğurlayan Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş N.Nağıyev saxlanılıb.

Bundan başqa, Binəqədi RPİ 6-cı polis bölməsinin əməkdaşları tərəfindən fevralın 1-də rayon ərazisində “BMW” markalı avtomobildən oğurluğa cəhd göstərən Abşeron rayon sakini, əvvəllər məhkum olunmuş Q.Əliyev saxlanılıb. Araşdırma zamanı onun, fevralın 7-də “Nissan” markalı avtomobildən 300 manat oğurlaması məlum olub.

Sabunçu RPİ 15-ci polis bölməsinin əməkdaşları tərəfindən martın 11-də rayon ərazisində bir avtomobildən akkumulyator oğurlayan Bakı şəhər sakini Ə.Həsənov saxlanılıb. Şəxsi axtarış zamanı ondan heroin götürülüb.

Sabunçu RPİ 14-cü polis bölməsinin əməkdaşları tərəfindən martın 11-nə keçən gecə Maştağa qəsəbəsi ərazisindəki mağazadan 3000 manat dəyərində ərzaq məhsulları və tütün məmulatı oğurlayan Lənkəran şəhər sakini, əvvəllər məhkum olunmuş R.Ağacanov saxlanılıb.

Xətai RPİ 34-cü polis şöbəsinin əməkdaşları tərəfindən fevralın 12-də rayon ərazisindəki evdən 165 manat, mobil telefon və geyim əşyası oğurlayan Bakı şəhər sakini olan yeniyetmə saxlanılıb.

Xəzər RPİ 2-ci polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində martın 13-nə keçən gecə Albalılıq qəsəbəsindəki evin qarşısından 10 ədəd avtomobil diskini oğurlayan paytaxt sakinləri olan 2 yeniyetmə saxlanılıb.

Faktlarla bağlı CM-nin 177-ci (oğurluq) maddəsi ilə istintaq aparılır.скачать dle 11.3
Mojo.az Banner