Mojo.az Banner
21:42 Narın içində qurd yoxdur, amma yenə də çürüyür  |     21:37 "215"dən şikayət: “Pilləkəndə sıxılıb qalırıq, qapılar zorla bağlanır” – VİDEO  |     21:30 İnternet olmadan işləyəcək - "WhatsApp"da yenilik  |     21:24 Ermənistan Kərkini qaytarır? - Qriqoryandan AÇIQLAMA  |     21:15 Azərbaycanda 3 gün ardıcıl iş olmayacaq: Tarixlər açıqlandı  |     21:10 "Sumqayıt" amerikalı basketbolçunu transfer etdi  |     20:56 Azərbaycanda kuryoz olay: Süni intellekt şöbəsinin əməkdaşlarının kompüteri yoxdur (VİDEO)  |     20:51 Kirayə yaşadıqları mənzili satdılar: 196 minlik dələduzluğun detalları  |     20:45 Bibiheybət məscidindən və "Dəniz Mall"ın namaz otağından oğurluq etdi - "Hacı" həbs edildi  |     20:37 Taksidə turistlərlə mübahisə edən 62 yaşlı sürücü 15 gün həbs edildi  |     20:32 Hansı rayonların icra başçısı yoxdur?  |     20:24 Azərbaycanda ən çox alınan avtomobillər (SİYAHI)  |     20:19 Qəhvə əslində enerji vermir: Kofein yorğunluq hissinə necə təsir edir?  |     20:11 "Gəzə bilmirəm" - Abid Şərifov  |     20:06 Azərbaycan çempionatında IX turun oyun cədvəli  |     19:58 Kiyev cəbhə şəhərinə çevrilir  |     19:53 Şagird məktəbdə müəllimini öldürdü - Slovakiyada  |     19:47 Sabah yağış yağacaq  |     19:39 Bakıdakı bu evlər söküləcək - VİDEO  |     19:34 Qubada 63 yaşlı kişi ağacdan yıxılaraq öldü  |    
Mojo.az Avto
Mojo.az Avto

Bakıda oğurluğa görə 9 nəfər saxlanılıb

23.11.2018 18:59 5 160
Bakıda oğurluğa görə 9 nəfər saxlanılıb
Median.Az xəbər verir ki, Nəsimi RPİ 19-cu polis bölməsinin əməkdaşları keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində, 54 saylı tam orta məktədən 2800 manat dəyərində 4 ədəd proyektoru oğurlayan Lənkəran şəhər sakinləri, əvvəllər məhkum olunmuşlar Ruslan Əliyev, Elnur Zeynalov və Anar Sadıqov saxlanılıblar.

Araşdırma zamanı, R.Əliyevin və E. Zeynalovun bu il fevralın 25-də bir qadının mobil telefonunu və noyabrın 6-da Xətai rayonu ərazisindəki tam orta məktəblərdən birinin inzibati binasından 9 ədəd noutbuk oğurlamaları müəyyən edilib.

Bundan başqa, Sabunçu RPİ 14-cü polis bölməsinin əməkdaşları keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində, noyabrın 22-nə keçən rayon ərazisindəki evdən 4000 dollar və 1300 türk lirəsi oğurlayan Cəlilabad rayon sakini Əfsanə Məmmədova saxlanılıb.

Sabunçu RPİ 13-cü polis bölməsinin nin əməkdaşları tərəfindən noyabrın 20-də “Skyline” markalı motosikleti oğurlayan Bakı şəhər sakini Famil Ordıyev saxlanılıb.

Nəsimi RPİ 21-ci polis bölməsinin əməkdaşları tərəfindən avqustun 4-də avtomobildən 50 manat pul və akkumulyator oğurlayan Bakı şəhər sakini Emil Şirinov saxlanılıb.

Nəsimi RPİ 22-ci polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində, noyabrın 21-də mağazadan 3000 manat dəyərində 40 ədəd mobil telefon oğurlayan Sumqayıt və Gəncə şəhər sakinləri olan iki yeniyetmə saxlanılıb.

Yasamal RPİ 27-ci polis bölməsinin əməkdaşları tərəfindən noyabrın 21-də evlərin birinin qarşısından velosiped oğurlayan Şamaxı rayon sakini olan bir yeniyetmə saxlanılıb. Araşdırma zamanı, onun sentyabrın 13-də “Volkswagen” markalı avtomobildən mobil telefon oğurlaması məlum olub.

Faktlarka bağlı CM-nin 177-ci (oğurluq) maddəsi ilə istintaq aparılır.скачать dle 11.3
Mojo.az Banner