Mojo.az Banner
21:10 "Sumqayıt" amerikalı basketbolçunu transfer etdi  |     20:56 Azərbaycanda kuryoz olay: Süni intellekt şöbəsinin əməkdaşlarının kompüteri yoxdur (VİDEO)  |     20:51 Kirayə yaşadıqları mənzili satdılar: 196 minlik dələduzluğun detalları  |     20:45 Bibiheybət məscidindən və "Dəniz Mall"ın namaz otağından oğurluq etdi - "Hacı" həbs edildi  |     20:37 Taksidə turistlərlə mübahisə edən 62 yaşlı sürücü 15 gün həbs edildi  |     20:32 Hansı rayonların icra başçısı yoxdur?  |     20:24 Azərbaycanda ən çox alınan avtomobillər (SİYAHI)  |     20:19 Qəhvə əslində enerji vermir: Kofein yorğunluq hissinə necə təsir edir?  |     20:11 "Gəzə bilmirəm" - Abid Şərifov  |     20:06 Azərbaycan çempionatında IX turun oyun cədvəli  |     19:58 Kiyev cəbhə şəhərinə çevrilir  |     19:53 Şagird məktəbdə müəllimini öldürdü - Slovakiyada  |     19:47 Sabah yağış yağacaq  |     19:39 Bakıdakı bu evlər söküləcək - VİDEO  |     19:34 Qubada 63 yaşlı kişi ağacdan yıxılaraq öldü  |     19:25 188 mindən çox şəxsə pensiya və müavinət ödənilib  |     19:20 Payızda saç tökülməsi niyə artır? - Trixoloq açıqladı  |     19:14 Bakıda hazırda bəzi yollarda sıxlıq var - SİYAHI  |     19:14 18 yaşlı tələbə qızın meyiti soyuducuda tapıldı  |     19:07 Qazaxın azad edilən kəndlərində yeni mərhələ: Söküntü işlərinə başlanılır  |    
Mojo.az Avto
Mojo.az Avto

Hökumətin benzinlə bağlı qərarının məqsədi nədir? - ŞƏRH

28.08.2019 14:11 4 020
Hökumətin benzinlə bağlı qərarının məqsədi nədir? - ŞƏRH
Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban Azərbaycana idxal edilən 92 və ya daha çox, həmçinin 95-dən az oktan ədədi ilə avtomobil benzini növləri üçün gömrük rüsumunun aradan qaldırılmasını şərh edib.

İ.Şaban oxu.az-a deyib ki, bu cür qərarlar əvvəllər də verilib.

Onun sözlərinə görə, Heydər Əliyev adına Bakı Neft Emalı Zavodu cari təmirə dayanır.

"Zavodun ehtiyatları Azərbaycanın aşağı oktanlı neft məhsullarına olan tələbatını ödəmir. Ona görə də idxala ehtiyac yaranır", - deyə İ.Şaban əlavə edib.

O qeyd edib ki, buna görə də hökumət qiymətin dəyişməməsi üçün idxal vergilərini aşağı salır:

"Məqsəd budur ki, daxili bazarda qiymət sabit qalsın".

Xatırladaq ki, Baş nazir Novruz Məmmədovun imzaladığı qərara əsasən, Azərbaycana idxal edilən 92 və ya daha çox, həmçinin, 95-dən az oktan ədədi ilə avtomobil benzini növləri üçün gömrük rüsumu 15-dən 0 faizə endirilib.

Bu qərar 2019-cu il sentyabrın 1-dən tətbiq olunur və 90 gün müddətində qüvvədədir.скачать dle 11.3
Mojo.az Banner