Mojo.az — elanlar
Son Xəbərlər
23:01 Pensiyası kəsilənlərin nəzərinə  |     22:56 Bu 4 bürcün kişiləri sevdisə vaz keçmir - ADLAR  |     22:44 Ən populyar adlar dəyişdi: Yusifi Uğur, Zəhranı Melisa əvəzlədi (SİYAHI)  |     22:39 Nişanlı məhkumun cəzasının qalan hissəsi bağışlandı - Toyu olacaq  |     22:34 Depressiyaya düşüb cinayət törətdi - Bakıda gözəllik salonundakı oğurluğun detalları  |     22:27 10 manata satılan kərə yağları: Sağlamlıq üçün nə qədər təhlükəlidir?  |     22:20 Erkən nikah bəlası: Psixoloji travmalar, məcburi qərarlar və çıxış yolları  |     22:15 "Dubayda tutulmuşam" deyib əlavə pul aldı - Məhkəmədən amnistiya qərarı  |     22:08 Qonşusunu boğazından sıxan 67 yaşlı kişi cərimə edildi  |     22:02 Azərbaycanlıların bu il ən çox getdiyi ölkələr açıqlandı  |     21:55 Xolesterini azaldan qidalar: Kardioloq payızın ən faydalı tərəvəzini açıqladı  |     21:50 Qızılın qiyməti oktyabrın 14-dən bəri ən aşağı səviyyədədir  |     21:42 Bu serialın heyətində dəyişiklik ediləcək  |     21:37 Autizmli uşağı döyən müəllim üzr istədi - VİDEO  |     21:30 DSMF pensiyaların bərpası və yenidən təyini qaydalarını açıqıadı  |     21:24 8 ayda aldadılan istehlakçıların sayı açıqlandı  |     21:15 Motosiklet qaçıran, skuter və velosiped oğurlayan beş nəfər saxlanıldı  |     21:09 Türkiyə-Ermənistan sərhədi açılır?  |     21:00 "Konstitusiya məsələsi Azərbaycanla müzakirə olunmur" - Baş nazir  |     20:47 Azərbaycanda keçiriləcək U-20 dünya çempionatının tarixləri açıqlandı - Rəsmi  |    
Mojo.az Avto
Mojo.az Avto

Putin Ərdoğanı dondurmaya qonaq etdi - VİDEO

27.08.2019 21:20 1 938
Putin Ərdoğanı dondurmaya qonaq etdi - VİDEO
Rusiya Prezidenti Vladimir Putin türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanı dondurmaya qonaq edib.

Median.Az
xəbər verir ki, ekspozisiyaları ziyarət etdikdən sonra liderlər bir çox dünya siyasətçiləri tərəfindən bəyənilən məşhur rus incisi olan çadıra yaxınlaşıblar.

Rusiya dövlət başçısı üçün buradan dondurma almaq artıq bir növ ənənəyə çevrilib və o, türkiyəli həmkarını da qonaq etməyə qərar verib.

V.Putin dondurmanın çeşidlərı haqqında xanım satıcıdan məlumat alıb və iki növ seçib.

Dondurmaların ümumi məbləği 210 rubl edib. Putin, cibindən bir dəstə əskinas çıxarıb, onların içərisindən üzərində Krımın simvolu olan beş minlik rublu satıcıya uzadıb.

"Pulun qalığını nazirə verərsən", - deyə Putin Sənaye və Ticarət naziri Denis Manturova tərəf işarə edib: "Bu, aviasiyanı inkişaf etdirmək üçündür".

Nazir isə öz növbəsində "Səxavətinizə görə təşəkkür edirəm", - deyib.

R.T.Ərdoğan elə oradaca dondurmanı açıb və dərhal dadına baxıb.

V.Putin isə şokoladlı dondurmadan daddıqdan sonra ətrafdakı hər kəsi qonaq etmək qərarına gəlib: "Bizə bir neçə dənə daha dondurma verin. Hamını qonaq edəcəyik".

Hər iki nümayəndə heyətinin üzvləri tələsik çeşid seçiblər.

Son xəbərlər