Mojo.az — elanlar
Son Xəbərlər
20:54 4 rayonda qanunsuz ağac kəsimi aşkarlandı - Təbiətə 40 min manatlıq ziyan  |     20:49 Naxçıvanda bütün sosial müavinətlər ödənildi  |     20:40 Buraxılış və ali məktəblərə qəbul imtahanı üzrə bəzi fənlərin proqramları təsdiqləndi  |     20:35 İordaniyada kilsədə atışma olub - Ölənlər var  |     20:28 Moskvada uçuşlar dayandırıldı - Hava limanları boşaldılır  |     20:22 Göyçayda evlərdən 24 min manat oğurlandı  |     20:14 Azərbaycanda müəllim vəfat etdi  |     20:09 Bu ölkə rus diplomatları "arzuolunmaz" şəxs elan etdi  |     20:01 Amerikalı aktyor vəfat etdi  |     19:55 Ağsuda kafedə pivə almamaq üstündə yeniyetməni öldürmək istədilər - TƏFƏRRÜAT  |     19:50 Gəncədə qəza - 4 nəfər xəsarət aldı  |     19:42 Azərbaycanda kənd təsərrüfatı məhsulları ilə bağlı yeni mexanizm  |     19:37 Bulvarda bir nəfər dənizə düşdü - VİDEO  |     19:30 Sabah yağış yağacaq  |     19:24 Cinayətdə şübhəli bilinən 53 nəfər saxlanıldı  |     19:15 Salyanda kişini "tok" vurub öldürdü  |     19:10 “Spotify” 50 milyondan çox mahnını sildi  |     19:02 14 rayonda yol təmirində yeyinti: Milyon manatdan çox vəsait büdcəyə qaytarıldı  |     18:40 Vətən müharibəsi qazisinin qətlə yetirilməsinin yeni təfərrüatı  |     18:36 Kimlər dövlət dəstəyi ala bilməyəcəklər? - Siyahı  |    
Mojo.az Avto
Mojo.az Avto

Ölkədən çıxışa STOP qoyulmağı bilmək istəyənlər üçün VACİB XƏBƏR

27.08.2019 16:07 2 212
Ölkədən çıxışa STOP qoyulmağı bilmək istəyənlər üçün VACİB XƏBƏR
Vətəndaş məmnunluğunun təmin edilməsi məqsədi ilə 2017-ci ildə Daxili İşlər Nazirliyinin rəsmi veb saytında (www.mia.gov.az) yaradılaraq istifadəyə verilib.

Bu barədə nazirliyin mətbuat xidmətindən məlumat verilib.

Verilən məlumata görə, xüsusi interaktiv pəncərə vasitəsi ilə, vətəndaşlar adlarının, mülki-hüquqi öhdəliklərin icrasından yayınan borclu şəxs kimi axtarışda, eləcə də sərhədkeçməyə məhdudiyyət siyahısında olub-olmaması barədə məlumat əldə edə bilərlər.

Bildirilir ki, bunun üçün DİN-in mia.gov.az (http://mia.gov.az/?//content/liability) saytına daxil olub qeyd edilən elektron xidmət (Ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmış borclular barədə məlumatlar) seçilməli və açılan qrafalara müvafiq şəxsi məlumatlar doldurulub təsdiq edilməlidir.

İnteraktiv pəncərədə iki variantda axtarış aparılmalıdır.

Birinci variantda soyad, ad, ata adı və doğum tarixi qeyd edilməklə, digər variantda şəxsiyyət vəsiqəsinin seriyası, nömrəsi və şəxsin doğum tarixi göstərilməklə, daxil edilən məlumatın düzgünlüyünə əmin olmaq üçün vətəndaşlara hər iki variantda axtarış aparmaq tövsiyə olunur.


Əgər şəxs axtarışdadırsa, qırmızı rəngdə "Diqqət, siz borclu kimi axtarışdasınız!" cümləsi ekrana çıxır və həmin şəxs barəsində məlumatlar, o cümlədən axtarışı ilə bağlı müraciət etməli olduğu polis orqanı göstərilir. Vətəndaş borcunu müvafiq qaydada ödədikdə barəsində olan məhdudiyyət aradan qalxır.

Şəxs axtarışa elan edilmədiyi halda ekranın aşağı hissəsində yaşıl rəngdə "Axtardığınız parametrlərə uyğun borclu barədə məlumat yoxdur" cümləsi yazılır.

Son xəbərlər