Mojo.az — elanlar
Son Xəbərlər
20:50 Bu obyekt piyada səkisinin üzərində inşa edilib? - VİDEO  |     20:42 Məhkəmə bacısının qızılını oğurlayan qardaşa bu cəzanı verdi  |     20:37 Bu şəxslər pensiyaya daha tez çıxa bilər  |     20:30 Dünyada ilk - Marsın peykindən Yerə torpaq gətirilir  |     20:22 Qonaqlara iylənmiş ət verən "Çıraq Palace"da yoxlama - Nöqsanlar üzə çıxdı (VİDEO)  |     20:16 Bəzi ərazilərdə su kəsiləcək  |     20:13 Səfərbərlik Xidmətinin iki sabiq şöbə rəisi həbs olundu  |     19:39 Sabah iki rayonda qaz olmayacaq  |     19:34 Bakıda yeni mikrorayon salına bilər: Necə adlanacaq?  |     19:29 Leyla Əliyeva Türkmənistan səfərindən paylaşım edib - Video  |     19:19 Prezident Azərbaycan və BMT İqlim Katibliyi arasında memorandumu təsdiqləyib  |     18:48 Repçi Navai Rusiyada cəzalandırılacaqmı? - Vəkildən açıqlama  |     18:33 Bakıda üç marşrut üzrə avtobusların hərəkət sxemi müvəqqəti dəyişdirilir  |     18:03 Məktəbdə şagirdlər arasında dava düşdü, biri xəstəxanalıq oldu  |     18:01 Bakıda yollardan birində hərəkət məhdudlaşdırılacaq  |     17:16 Xidmət yerini özbaşına tərk edən hərbçilər üçün yeni cəzalar müəyyənləşir  |     16:12 Ölkədə leysan olacaq, dolu düşəcək, qar yağacaq - Xəbərdarlıq  |     16:10 Xarici vətəndaşlara uzunmüddətli yaşamaq icazəsi veriləcək  |     16:06 Zəngəzurda Azərbaycan əsgərinin ermənilər tərəfindən saxlanılma anı - Video  |     14:26 Azərbaycanda vəzifəli şəxs qəfil vəfat etdi  |    
Mojo.az Avto
Mojo.az Avto

DİQQƏT: Bu yerlərdə saxta məktəbli formaları satılır

19.08.2019 16:31 2 851
DİQQƏT: Bu yerlərdə saxta məktəbli formaları satılır
Sağlamlıq üçün təhlükəli olan saxta məktəbli formaları 8-ci Kilometr bazarında, "Xalqlar Dostluğu" yarmarkasında, "Sədərək" və "Binə" ticarət mərkəzlərində satılır.

Bu barədə oxu.az-a "Bakı Tikiş Evi" ASC-nin satış şöbəsinin direktoru Etibar Əzimov məlumat verib.

Onun sözlərinə görə, saxta məktəbli formaları 35 manata satılır:

"Hələ ki işbazlar saxta məktəbli formalarını ürəklə satışa çıxara bilmirlər. Amma ehtiyac yarandığı zaman bütün saxta formaları üzə çıxaracaqlar".

E.Əzizov qeyd edib ki, həmin saxta formalar Bakı Tikiş Evindən götürülən iki nümunə əsasında hazırlanır:

"Həmin formalar müxtəlif zirzəmilərdə tikilib işbazlara satılır. Sonra da bizim tikiş evinin adı, loqosu, hətta düyməsi belə formalara vurulub bazara çıxarılır. İşbazların satdığı formaların qiyməti 35 manatdır, bizim istehsal etdiyimiz formalar isə 40 manata satılır. Valideynlər saxta formanı ucuz olduğu üçün alırlar. Amma sonradan formanın rənginin bozardığı, tiftikləndiyi və görünüşünün pis hala düşdüyü məlum olur".

Şöbə direktoru əlavə edib ki, saxta məktəbli formaları müxtəlif fəsadlara səbəb olur:

"Çox vaxt saxta formalar nəticəsində uşaqlarda səpki və allergiya halları müşahidə olunur. Uşaqlar xəstəliyə tutulandan sonra isə valideynlər Bakı Tikiş Evinin formalarını alırlar.

Eyni zamanda, işbazlar valideynlərə bizim guya keyfiyyətli forma tikmədiyimizi deyir. Bununla da bizə iqtisadi ziyan vururlar. Valideynlər formanın üzərində "Bakı Tikiş Evi"nin adının yazıldığını görüb onun bizə məxsus olduğunu düşünür, saxta olduğunu bilmirlər. Valideynlərdən xahiş edirik ki, diqqətli olsunlar, saxta formalar almasınlar".

E.Əzimov vurğulayıb ki, hələlik saxta məktəbli formaları 8-ci Kilometr bazarında, "Xalqlar Dostluğu" yarmarkasında, "Sədərək" və "Binə" ticarət mərkəzlərində satışa çıxarılıb:

"Amma dərs mövsümünə az qalmış, tələbatın çoxluğundan asılı olaraq satış yerlərinin sayı arta bilər".

Son xəbərlər