Mojo.az Banner
SON DƏQİQƏ
23:01 Ronaldo yeni biznesə qoşulur  |     22:55 Pensiyalar bu tarixdə arta bilər  |     22:47 Marketdən su alanların nəzərinə: etiketdəki bu detallara baxın  |     22:42 Dəmir yolu ilə daşımalar artır: Məhsullar ucuzlaşacaq?  |     22:34 Azərbaycan məktəbli geyimi ilə bağlı qərarında Avropaya nümunə göstərilir  |     22:29 Reseptsiz dərman satışı ilə bağlı qanunsuzluq aşkarlanan apteklərin sayı açıqlandı  |     22:24 Kosmetoloq kürəkdəki səpgilərdən qurtulmağın yollarını açıqladı  |     22:15 Bakıda yeni söküntü başlayır: Kompensasiya veriləcək (VİDEO)  |     22:10 Sabah yollarda görünüş məsafəsi azalacaq  |     22:03 Ödənişli yollar effektlidirmi?  |     21:55 Fiziklər termonüvə enerjisinə aparan "qısa yol" tapdı  |     21:50 Azərbaycanda maaşlarla bağlı yeni proqnoz - 1300 manata çatacaq  |     21:42 Ötən gün itkin düşmüş 8 nəfər tapılıb  |     21:37 İstanbulda yağış 5 nəfərin həyatına son qoydu  |     21:30 Bazar günü hava necə olacaq?  |     21:15 İranın Hörmüz boğazı yaxınlığında partlayış səsləri eşidildi  |     20:53 Gəncədə teatrın mühafizəçisi bıçaqlandı: 15 yaşlı oğlan saxlanıldı  |     20:39 Xırdalanda bədbəxt hadisə: 20 yaşlı gənc beşinci mərtəbədən yıxılaraq öldü - Foto  |     20:32 "Star Trek" serialının ulduzu Maykl Forest vəfat etdi  |     20:00 Pakistan-Əfqanıstan sərhədində toqquşma olub, ölənlər var  |    
Mojo.az Avto
Mojo.az Avto

Zəvvarlar geri qayıdır

15.08.2019 20:06 2 059
Zəvvarlar geri qayıdır
Azərbaycanlı zəvvarların birinci qrupunun Bakıya qayıdacağı vaxt məlum olub.

Qafqaz Müsəlmanları İdarəsindən verilən məlumata görə, müqəddəs Həcc ziyarətinin bütün əməllərini bitirən azərbaycanlı hacılar avqustun 21-də Bakıya yola düşəcəklər:

“Ayın 18-də zəvvarlarımız Mədinə şəhərinə gedəcəklər. Orada üç gün qalıb Mədineyi-Münəvvərə şəhərindəki Məscidi-Nəbəvib və Bəqi qəbiristanlığında olacaqlar. İlk qrupun Bakıya yola düşməsi avqustun 21-nə planlaşdırılır. Həmin gün Bakıya ümumilikdə üç reysin təşkil edilməsi gözlənilir. Avqustun 25-nə qədər davam edəcək reyslər gün ərzində iki dəfə planlaşdırılıb. Zəvvarlar arasında yalnız bir nəfər (1950-ci il təvəllüdlü Bəhmən Şükürov) səhhətindəki problemlər səbəbilə dünyasını dəyişib. Digər zəvvarların sağlamlığı tamamilə yerindədir. Azərbaycanlı zəvvarlar Həccin bütün əməllərini yerinə yetirərək hacı olublar”.

Xatırladaq ki, ötən il Azərbaycandan Həcc ziyarətinə getmək üçün 1440 nəfərlik kvota ayrılmışdısa, bu il üçün 1400 nəfərlik kvota ayrılıb. Həcc ziyarətinin qiyməti isə ötən illə müqayisədə 75 dollar artaraq, 4225 ABŞ dolları təşkil edib.//oxu.azскачать dle 11.3

Son xəbərlər