Mojo.az Banner
11:07 Mingəçevirdə 44 yaşlı kişini bıçaqlayan şəxs saxlanıldı  |     23:01 Yuxuya getməyi asanlaşdıran 7 qida  |     22:55 Türkiyədə də uşaqlara sosial şəbəkələrdən istifadə qadağan edilir  |     22:46 Oktyabrda bu 4 bürcü maaş artımı gözləyə bilər  |     22:41 Azərbaycanda bu maşınların qiyməti kəskin bahalaşdı  |     22:34 Bakının milyonluq mənzilləri: Qiymətlər niyə bu qədər bahadır?  |     22:29 Telefonların enerjisi gecə niyə azalır?  |     22:22 Ronaldo millidən kənarlaşdırıldı  |     22:14 Rusiya gürcülərə də qadağa tətbiq etdi  |     22:09 Türkiyədə siqaret satışında şəxsiyyət vəsiqəsi tələb olunacaq  |     22:01 Bazar gününə olan hava proqnozu  |     21:39 "Zevs"in qardaşı məhkəmə zalından azadlığa buraxıldı  |     21:38 Cəbrayılda minaya düşən ata və oğul Bakıya gətirildi - Açıqlama  |     21:37 İsmayıllıda ev və köməkçi tikili yanıb  |     21:35 İnşaatçılar küçəsindəki evindən meyiti tapıldı  |     21:33 Deniz Akkaya 7 ay 15 gün müddətinə həbs edildi  |     21:30 Bakının mərkəzi prospektində güclü yanğın baş verib (Yenilənib)  |     19:10 Səudiyyə Ərəbistanında üç aeroportun fəaliyyəti dayandırıldı  |     18:48 Qarabağ Universitetinin müəllimi hakim təyin olundu  |     18:38 Salyanda avtomobil qatarla toqquşdu, sürücü son anda xilas oldu  |    
Mojo.az Avto
Mojo.az Avto

QMİ-dən açıqlama: Həcc kvotası dolmayıb

12.07.2019 15:26 1 864
QMİ-dən açıqlama: Həcc kvotası dolmayıb
Azərbaycanlı zəvvarların Həcc ziyarətinə getməsi ilə bağlı müraciətlərin qəbulu davam edir.

Qafqaz Müsəlmanları İdarəsindən verilən məlumata görə, bu il azərbaycanlı zəvvarların avqustun 1-dən 6-na qədər gedişi, avqustun 21-dən 25-nə qədər isə Azərbaycana dönüşü planlaşdırılır.

Zəvvarların təyyarə ilə yola salınması nəzərdə tutulur. Artıq Azərbaycandan Həcc ziyarətinə getmək üçün müraciət edən zəvvarların sayı 1250 nəfərə çatıb. Onu da qeyd edək ki, bu il Azərbaycandan Həcc ziyarətinə getmək üçün 1400 nəfərlik kvota ayrılıb. Zəvvarların 8 təyyarə reysi ilə yola salınması planlaşdırılır.

Bu il Həcc ziyarətinin qiyməti 4285 ABŞ dolları təşkil edir. Ziyarətin ötənilkindən baha olması Səudiyyə Ərəbistanında xidmətlərin və hotellərin qiymətlərinin artması ilə əlaqədardır.

Səudiyyə Ərəbistanının rəsmi agentliyi SPA-dan verilən məlumatda isə deyilir ki, bu il Həcc ziyarəti zamanı siyasi, məzhəb şüarlarının səsləndirilməsinin qarşısı alınacaq. Bu barədə vəliəhd Məhəmməd bin Salmanın başçılığı ilə keçirilən Nazirlər Şurasının iclasında qərar verilib. Toplantıdan sonra yayımlanan bəyanatda zəvvarların ziyarət zamanı yalnız ibadətlə məşğul olmaları tövsiyə edilib: “Siyasi və məzhəbi danışıqlar heç bir şəkildə qəbul edilməyəcək” - deyə xəbərdarlıq edilib.скачать dle 11.3
Mojo.az Banner