Mojo.az Banner
23:00 Ehtiyatlı olun! Ulduzlar bu bürclərə xəbərdarlıq edir  |     22:50 Ordumuzun giziri həlak oldu - FOTO  |     22:42 Bu universitet bağlanır? - Tələbələr narahatdır (VİDEO)  |     22:37 Anası tərəfindən zəncirləndiyi deyilən 17 yaşlı oğlan müəssisəyə yerləşdiriləcək  |     22:30 Ləğv olunan 19 bankda əmanətlərin ümumi məbləği açıqlandı  |     22:25 Yaylaq festivalında xəsarət alanların kimliyi məlum oldu (YENİLƏNİB)  |     22:16 Sumqayıtda qəzada ölən hakimin anası 1 milyon manat təzminat istəyib  |     22:11 Naxçıvanda 4 "Tiktoker" söyüşə görə saxlanıldı  |     22:02 Ağdamın iki kəndində güclü yanğın davam edir: Dörd rayondan qüvvələr cəlb olunub (Yenilənib)  |     21:39 Məhərrəmlik nə vaxt bitir?  |     21:32 Piyada qaydanı pozduqda sürücünün məsuliyyəti necə müəyyən edilir?  |     21:18 İspaniyada meşə yanğınlarına görə 70 mindən çox insan təxliyə edilib  |     20:51 Xətaidə evyaran üç nəfər SAXLANILDI  |     20:47 Paşinyanla Makron Ermənistan-Azərbaycan sülh prosesini müzakirə etdilər  |     20:42 NATO-da ŞOK HADİSƏ: Qərargahda çalışan casus saxlanıldı  |     20:25 Ləğv prosesində olan banklara görə ödənilən kompensasiyanın məbləği açıqlandı  |     20:19 Azərbaycanda ən çox bazar və yarmarkası olan bölgələr  |     20:11 Professor: Korvalolun istifadəsi həkim təyinatı ilə olmalıdır  |     20:06 Aşıq Əhlimanın səhhətində ciddi irəliləyiş yoxdur - Oğlu son vəziyyəti açıqladı  |     20:00 Bakıda iki küçənin təmirinə 23 milyon manata yaxın pul ayırılacaq  |    
Left Banner
Right Banner

Yaşıdlarını qabaqlayan Miryusifin uğur sirri: "Özümə çox güvənirdim" - FOTO

14.08.2019 22:12 1 493
Yaşıdlarını qabaqlayan Miryusifin uğur sirri:
Lənkəran rayonu Şiləvar kənd sakini, 2003-cü il təvəllüdlü Miryusif Feyzullazadə öz yaşıdlarından 1 il yarım əvvəl ali məktəbə qəbul olunub.

Atası Rüfət Feyzullazadənin Sputnik Azərbaycan-ın bölgə müxbirinə verdiyi məlumata görə, Miryusif həm öz istəyi, həm də nənəsinin təkidi ilə 5 yaşından orta məktəbdə oxumağa başlayıb. Onun sözlərinə görə, övladlarının vaxtından əvvəl məktəbə getməsinin çətinliklər yaradacağından ehtiyat ediblər: “Miryusif ilk övladımızdır, məktəbə tez, yəni 5 yaşından getməsi bizdə bir az həyəcan yaratmışdı. Çünki onun öz marağı var idi, amma biz bir az şübhə edirdik ki, birdən istədiyimiz nəticəni ala bilmərik. O, orta məktəbdə oxuyanda çox yaxşı uyğunlaşdı və sinifləri rahat adladıqca artıq uğur əldə edəcəyinə əmin idik. Son illərdə onun özünün turizmə və turizm-otelçilik sahəsinə olan marağını görəndən sonra valideyn olaraq ona dəstək verdim. Allaha şükür, nəticə də göz qabağındadır.


İxtisas seçimini də özü edib və heç bir kənar müdaxilə olmayıb. Bir valideyn kimi məsləhət görərdim ki, əgər yaxşı nəticə görmək istəyirsinizsə, ilk növbədə övladlarınıza inanın. İnanın ki, onlar da bu inamı doğrultsunlar, özlərinə inanıb öz bacarıqlarını ortaya qoya bilsinlər. Tövsiyə edərdim ki, öz övladları ilə dost olmağa çalışsınlar, necə ki, mən oğlumla dostam”.

Lənkəran Şəhər 5 saylı tam orta məktəbin məzunu olan, 15 yaşı hələ tamam olmamış Miryusif Feyzullazadə ali məktəbə imtahan verərkən “Turizm və otelçilik” ixtisasını seçib və Lənkəran Dövlət Universitetinin dövlət sifarişi ilə “Turizm və sosial-mədəni servis xidməti” fakültəsinə qəbul olunub.

“Həm uşaq yaşlarından bu sahəyə marağım olub, həm də son zamanlar dövlət tərəfindən turizmə diqqətin artırıldığına görə bu ixtisası seçdim”, - deyə Miryusif bildirib.

İmtahanın necə keçdiyi barədə sualımıza isə belə cvavab verdi: "Mən özümə çox güvənirdim, ona görə də imtahan çox yaxşı keçdi. Ən çox sevdiyim fənlər riyaziyyat və coğrafiya olub, buna görə də II ixtisas qrupunu seçdim və 383,09 balla qəbul olundum. Orta məktəbdə də özümdən yaşca böyüklərlə oxuduğum üçün imtahan zamanı da heç bir həyəcanım yox idi və heç bir çətinliyim olmadı”.скачать dle 11.3
Mojo.az Banner