Mojo.az Banner
23:00 Ehtiyatlı olun! Ulduzlar bu bürclərə xəbərdarlıq edir  |     22:50 Ordumuzun giziri həlak oldu - FOTO  |     22:42 Bu universitet bağlanır? - Tələbələr narahatdır (VİDEO)  |     22:37 Anası tərəfindən zəncirləndiyi deyilən 17 yaşlı oğlan müəssisəyə yerləşdiriləcək  |     22:30 Ləğv olunan 19 bankda əmanətlərin ümumi məbləği açıqlandı  |     22:25 Yaylaq festivalında xəsarət alanların kimliyi məlum oldu (YENİLƏNİB)  |     22:16 Sumqayıtda qəzada ölən hakimin anası 1 milyon manat təzminat istəyib  |     22:11 Naxçıvanda 4 "Tiktoker" söyüşə görə saxlanıldı  |     22:02 Ağdamın iki kəndində güclü yanğın davam edir: Dörd rayondan qüvvələr cəlb olunub (Yenilənib)  |     21:39 Məhərrəmlik nə vaxt bitir?  |     21:32 Piyada qaydanı pozduqda sürücünün məsuliyyəti necə müəyyən edilir?  |     21:18 İspaniyada meşə yanğınlarına görə 70 mindən çox insan təxliyə edilib  |     20:51 Xətaidə evyaran üç nəfər SAXLANILDI  |     20:47 Paşinyanla Makron Ermənistan-Azərbaycan sülh prosesini müzakirə etdilər  |     20:42 NATO-da ŞOK HADİSƏ: Qərargahda çalışan casus saxlanıldı  |     20:25 Ləğv prosesində olan banklara görə ödənilən kompensasiyanın məbləği açıqlandı  |     20:19 Azərbaycanda ən çox bazar və yarmarkası olan bölgələr  |     20:11 Professor: Korvalolun istifadəsi həkim təyinatı ilə olmalıdır  |     20:06 Aşıq Əhlimanın səhhətində ciddi irəliləyiş yoxdur - Oğlu son vəziyyəti açıqladı  |     20:00 Bakıda iki küçənin təmirinə 23 milyon manata yaxın pul ayırılacaq  |    
Left Banner
Right Banner

Bu 5 xəstəlik qəhvədən qorxur – Bunu bilməlisiz

08.08.2019 23:58 2 113
Bu 5 xəstəlik qəhvədən qorxur – Bunu bilməlisiz
Elə xəstəliklər var ki, qəhvədən oddan qorxan kimi çəkinir. günə 2 fincan keyfiyyətli kofe içmək məhz bu xəstəliklərin profilaktikası üçün efektivdir. Bunlar elə xəstəliklərdir ki, ağlınıza belə gəlməz.

Median.Az
medicina.az-a istinadən qəhvənin profilaktik rol oynadığı xəstəliklərin siyahısını təqdim edir:

1.Qaraciyər sirrozu

CNN kanalı məlumat verib ki, gündə 2 fincan qəhvə sirroz riskini 44% azaldır. Kofe qaraciyəri sanki detoks edir. Düzdür, bu içki dərman deyil və alkoqoldan yaranacaq sirrozun da qarşısını almır. Amma normal həyat keçirən, içməyən insanlara çox yaxşı effekt verə bilər. Bir sözlə, qaraciyər kofeni sevir

2.Diabet xəstəliyi

Araşdırmalar göstərib ki, müntəzəm kofe içmək II tip diabetə tutulmaq riskini azaldır. Digər kofe sevməyən insanlara nisbətdə kofesevənlər daha az şəkərə tutulur.
Hətta diabet olduqdan sonra da müalicə ilə yanaşı, xəstənin qəhvə içməsi ümumi dinamikaya yaxşı təsir edir, qan, ürək, qaraciyər funksiyalarını qoruyur.

3.Ürək xəstəlikləri

Kofeinin təzyiqə və ürəyə təsiri artıq yeni mövzu deyil. Qəhvə həqiqətədn də ürəkdən qəfil ölümdən xilas edə bilər.
Tədqiqatlar göstərib ki, hər gün 1-2 fincan qəhvə ürək-damar xəstəliklərindəb ölüm riskini azaldır və xəstəni qüvvətləndirir. Əgər ürək xəstəliyiniz varsa, təbii ki, öncə həkiminizlə məsləhətləşdikdən sonra kofe qəbuluna başlaya bilərsiz

4. Xərçəng

Amerikanın xərçəng tədqiqatı institutu hələ qəhvənin şiş xəstəliklərinə təsirini öyrənməkdə davam edir. Amma onların bu günə gəldikləri nəticə odur ki, şiş hüceyrələri qəhvədən qorxur və müntəzəm qəhvə içmək xərçəngi önləyici tədbir kimi qəbul oluna bilər.

5.Parkinson və Alsgeymer xəstəlikləri

Qəhvə beynin normal aktivliyini qoruduğu üçün, yaşlandıqda Parkinson və Alsgeymer kimi xəstəliklərin qarşısını ala bilər.
Eləcə də Parkinson xəstələrinin gündə 1-2 fincan qəhvə içməsi onların simptomlarını yüngülləşdirir.
Ona görə qocaldıqda əziyyət çəkmək istəmirsizsə, indidər qəhvə içməyə adət edin.
скачать dle 11.3
Mojo.az Banner