Mojo.az Banner
11:29 Azərbaycanda uşağını bağçaya aparan ana hücuma məruz qaldı: Üç yaşlı oğlu bıçaqlandı - Detallar (Video)  |     11:18 Bir yaşlı Məhəmməd anası tərəfindən amansızlıqla öldürülüb - Təfərrüat  |     11:11 ABŞ-də gənc teleulduz güllələndi  |     20:42 Tramp: "Ərdoğana böyük hörmət bəsləyirəm"  |     19:29 Gömrük nəzarətindən gizlədilən külli miqdarda dərman vasitələri aşkar edilib  |     19:18 Sibiqa Mirzoyanı Ukraynaya səfərə dəvət edib  |     18:48 Zelenski: Kiyevə raket hücumu barədə xəbərdarlıq almadıq  |     18:38 Qanunsuz silahlı birləşmələrə qoşulmaqda ittiham olunanlara hökm oxundu  |     18:29 QMİ sədri: Bəzi insanlardan dövlətə qarşı istifadə etmək istəyənlər var  |     18:18 TikTok-da yeni funksiya  |     18:08 Evin qiymətini özbaşına artıran "makler"ləri hansı cəza gözləyir?  |     17:58 Qaradağda məktəb direktorunun avtomobilini yandıran şəxs həbs edildi  |     17:48 Şavkat Mirziyoyev sabah Azərbaycana gələcək  |     17:40 Tacikistanda zəlzələ oldu  |     17:32 Zakir Həsənov Kambocanın Baş naziri ilə görüşüb  |     17:18 Allahşükür Paşazadə: Vahid məktəbli forması məsələsində hicab qadağası yoxdur  |     17:04 Məktəbdə yanğın törətməyə cəhddə şübhəli bilinən 6 nəfər saxlanıldı - FOTO  |     16:59 65 mindən çox uşaq vaksinasiya olunub  |     16:52 Ermənistanda saxlanılan hərbçimizin heç kimə zərər vermək niyyəti olmayıb  |     16:48 AFFA "Neftçi"ni 5000 manat cərimələdi  |    
Mojo.az Avto
Mojo.az Avto

83 nəfər Azərbaycan vətəndaşlığına qəbul edildi — DMX (FOTOLAR)

02.08.2019 19:54 1 568
83 nəfər Azərbaycan vətəndaşlığına qəbul edildi — DMX (FOTOLAR)
Prezident İlham Əliyevin iyulun 26-da 83 nəfərin Azərbaycan Respublikasının vətəndaşlığına qəbul edilməsi haqqında imzaladığı sərəncamın icrası olaraq, Dövlət Miqrasiya Xidmətində (DMX) həmin şəxslərin təntənəli andiçmə mərasimi keçirilib.

Median.Az-ın məlumatına görə, bu barədə "Ölkə.Az"a DMX-dan məlumat verilib.

Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov tədbir iştirakçılarını salamlayaraq, əlamətdar gün münasibətilə onları təbrik edib. Xidmət rəisi insan hüquqlarından biri olan vətəndaşlıq hüququnun əhəmiyyətini vurğulayıb. Həmçinin bildirib ki, bu illər ərzində müraciətlərin rahat şəkildə təşkili nəzərə alınıb.

Ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə tolerant və multikultural, təhlükəsiz ölkə kimi tanınan Azərbaycan bu gün dünya dövlətləri sırasında sosial, iqtisadi, siyasi, mədəni, bir sözlə, bütün sahələrdə dinamik inkişafı ilə fərqlənir. Məhz bu səbəbdən Azərbaycanın tam hüquqlu vətəndaşı olmaq həqiqətən də böyük fəxr və xoşbəxtlikdir.

Sonra vətəndaşlığa qəbul olunan 83 nəfər təntənəli şəkildə Azərbaycanın Dövlət Bayrağı önündə Konstitusiyaya əl basaraq, dövlət dilində ölkəmizə sadiq olacaqları barədə and içiblər.

Tədbir dövlət himninin səsləndirilməsi ilə yekunlaşıb.

скачать dle 11.3
Mojo.az Banner