Mojo.az Banner
14:41 4 ayda Ermənistana nə qədər məhsul ixrac etmişik? - RƏQƏM  |     14:38 Kreditlərin birləşdirilməsi: rahatlıq, yoxsa əlavə xərc?  |     14:26 Azərbaycan Premyer liqasında iki futbolçu 200-cü oyununu keçirib  |     13:39 Bərdədə canavarlar fərdi təsərrüfata hücum edib, 50-yə qədər heyvan tələf olub  |     13:30 “Maşın” şou yenidən başlayır - FOTO  |     13:24 Sumqayıtda 13 500 abonentin qazı kəsiləcək  |     13:21 Mayın 17-də keçirilən buraxılış imtahanlarının düzgün cavabları açıqlanıb  |     13:15 Bu həftə Bakı məktəblərində tədris necə aparılacaq? - AÇIQLAMA  |     13:13 Bakıda və Abşeronda yağıntının miqdarı aylıq normanın 589%-ni təşkil edib - FAKTİKİ HAVA  |     12:17 Beş milyonluq qaçaqmalçılıqla bağlı saxlanılan vəzifəli şəxslər barədə YENİ QƏRAR  |     12:07 News.ru: Slovakiya və Azərbaycan qaz tədarükü üzrə 10 illik müqavilə imzalaya bilərlər  |     12:06 Gürcüstanın baş naziri Azərbaycana səfərə gəlib  |     12:05 Vüsal Nəsirli rəisi işdən çıxardı  |     12:03 Neft bahalaşdı - SON QİYMƏT  |     11:59 Vilyam Hacıyevin lüks avtomobillərinə alıcı tapılmır: Qiymətləri endirildi  |     11:57 Belarus Milli Məclisinin Nümayəndələr Palatasının sədri Azərbaycana səfərə gəlib  |     11:56 Çində artıq robotların da "şəxsiyyət vəsiqəsi" olacaq  |     11:48 14 dəfə əməliyyat olundu, imtahandan 252 bal topladı - VİDEO  |     11:41 Bakı-Ağstafa-Bakı istiqamətində əlavə qatar reysləri təşkil ediləcək  |     11:34 I Qarabağ müharibəsinin daha bir itkin-şəhidi dəfn olunacaq  |    
Left Banner
Right Banner

Səhiyyədə daha bir biabırçılıq: yeni doğulan uşaq ölüm təhlükəsi altındadır

02.08.2019 18:15 2 653
Səhiyyədə daha bir biabırçılıq: yeni doğulan uşaq ölüm təhlükəsi altındadır
Qurbanova Rəqsanə Məzahir qızı Qaynarinfo-ya açıqlamasında xəstəxanada çalışan ginekoloq Dilarə Hacıyevanı məsuliyyətsizlikdə ittiham edib.

Onun şikayətini olduğu kimi təqdim edirik:

"Mən 2018-ci ilin 4 dekabr tarixində Qələbə Rayon Mərkəzi xəstəxanasına yoxlanışa getdim. Ultrasəs müayinəsindən keçdikdən sonra ginikoloq Dilarə Hacıyeva 4 həftəlik hamilə olduğumu dedi. Mənə 10 gün sonra gəlib testlərdən keçməli olduğumu dedi. Dekabrın 15-i yenidən getdim və analizlər verdim. Dilarə xanım analizlərimin cavabına baxıb heç bir problem olmadığını bildirdi. Halbuki, analizlərimdə mikobumun olduğu görünürdü. 35-ci həftədə Qəbələ Diaqnostika mərkəzində Nəsrəddin Əmirovun qəbuluna getdim. O amniotik mayemdə bulanıqlıq olduğunu, bu həftələrdə belə şeylərin normal olduğunu dedi. İyun ayının 31-i normal doğumla qızımı dünyaya gətirdim. Doğum zamanı amniotik suyumun bulanıq yox, çox çirkli olduğunu gördüm. Qızım doğulanda ağlamadı, həkimlər iynə vurduqdan sonra ağlamağa başladı. Çəkisi cəmi 2 kilo 200 qramdır. Hazırda nəfəs almaqda problemlər yaşayır, oksigen aparatına bağlıdır, aparatdan ayrıldığı zaman göyərir. Bunun da günahı Dilarə Hacıyevadadır. O analizlərə baxanda mənə mikrobun olduğunu desəydi, mən vaxtında müalicə alardım, uşağıma da mikrob keçməzdi. Ya da normal doğum əvəzinə keysəriyyə yolu ilə dünyaya gətirərdim.

Doğumdan sonra xəstəxana lazimı tibbi avadanlıqların olmadığını deyib, bizə Şəki rayon Mərkəzi klinikasına getməyimizi məsləhət gördülər. Həkimlər özləri təcili tibbi yardın maşını çağırdı, baş həkimin razılığını belə almadan bizi göndərdilər. Dedilər ki, əgər biraz gecikmə olsa, uşaq ölə bilər. Dilarə Hacıyeva hazırda istirahətdədir. Telefonunu söndürüb, bəzən açır, mesajlara baxıb, telefonunu yenə söndürür. Axı bu məsuliyyətsizlikdir. Uşağım onun səhlənkarlığı üzündən ölə bilərdi.

Hazırda Şəki Perinat Mərkəzindəyik. Uşağı müayinə edib dedilər ki, ürəyində qüsur, beynində şiş var. Halbuki, hamilə olanda Şəki Perintal Mərkəzində dopler müayinəsindən də keçmişəm, uşağın ürəyində qüsur olduğu deyilməmişdi. Ailəm Səhiyyə Nazirliyinin "Qaynar xətti" ilə əlaqə yaradıb. Xəstəxana ilə danışılıb, bizə deyirlər təcili tibbi yardım maşını gəlir, amma hələ xəbər yoxdur. Şəki Perintal Mərkəzin şöbə müdiri köməkçisi Sərxan həkim bizimlə danışdı, dedi Qəbələ rayon Xəstəxanası səhlənkarlıq edib. Şəkiyə yox, Bakıya göndərmək lazım imiş. Şöbə müdiri isə biraz əvvəl taksiyə minib xəstəxanadan getdi. Bizə deyirlər uşağa dövlət hesabına qiyməti 800 manat olan iki iynə vurmuşuq, artıq vəziyyəti düzəlib. Amma inanmıram”.

Məsələ ilə bağlı Qəbələ rayon Mərkəzi Xəstəxanası və Şəki Perintal Mərkəzi ilə əlaqə saxlamağa çalışsaq da, zənglərimizə cavab verən olmadı.

Qarşı tərəfin açıqlamasını yayımlamağa hazırıq.

скачать dle 11.3
Mojo.az Banner