Mojo.az Banner
Left Banner
Right Banner

Yakutiyada fövqəladə vəziyyət elan edildi

01.08.2019 19:18 1 384
Yakutiyada fövqəladə vəziyyət elan edildi
Rusiyanın Yakutiya respublikasında meşə yanğınları ilə əlaqədar fövqəladə vəziyyət elan edilib.

Median.Az
Trend-ə istinadən xəbər verir ki, respublikanın rəhbəri Aysen Nikolayev bununla bağlı avqustun 1-də fərman imzalayıb.

Hazırda Yakutiyada ümumi ərazisi 1431 hektarı əhatə edən 20 meşə yanğınının qarşısının alınması üçün mübarizə aparılır.

Yanğınların söndürülməsi üçün 700-ə yaxın yanğınsöndürən, o cümlədən paraşütçü və desantçı yanğınsöndürənlər cəlb edilib.скачать dle 11.3
Mojo.az Banner