Mojo.az Banner
SON DƏQİQƏ
17:22 Məktəblərin yaxınlığında nalayiq ifadələr işlədən şəxslər həbs olundu  |     17:09 Bərdədə sanitar huşsuz vəziyyətdəki pasiyenti döyüb  |     16:34 Bakıda yeni söküntü başlayır: Kompensasiya veriləcək (VİDEO)  |     16:28 Prezident Valeh Ələsgərovu təltif etdi  |     15:14 Ramiz Mehdiyevin hansı təltifləri alınacaq? - Siyahı  |     15:05 Ötən gün cinayət törətməkdə şübhəli bilinən 35 nəfər saxlanılıb  |     14:42 Biləsuvarda dəhşətli qəza: İki ölü, üç yaralı var  |     14:31 Füzuli şəhərinə 9 ayda 125 milyon manata yaxın investisiya yatırılıb  |     14:14 Gənc oğlan binadan yıxılıb öldü  |     14:02 Azərbaycanda 4 gün ardıcıl iş olmayacaq  |     14:01 İsmayıllıda ölümlə nəticələnən qəzanın səbəbi açıqlandı  |     13:36 Azərbaycan nefti ucuzlaşdı: Son qiymət  |     13:33 Bakıda turistə təbii kürü adı ilə süni məhsul satılıb? - Video  |     12:57 Bakıda bir yolda hərəkət tam məhdudlaşdırıldı  |     22:43 Azərbaycanın iki boksçusu dünya çempionatına qələbə ilə start verdi  |     22:33 İşaxtaranlar niyə iş tapmaqda çətinlik çəkirlər? - "Hamı hazır kadr əldə etmək istəyir" - Video  |     21:39 Ötən ay 52 nəfər Azərbaycana readmissiya edilib  |     21:25 Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb - SƏBƏBLƏR  |     21:16 Rusiya ordusu bu yerləri ələ keçirdi - Putinə məruzə edildi  |     21:03 Bakıda 218 nömrəli yeni marşrut xətti istifadəyə verilir  |    
Mojo.az Avto
Mojo.az Avto

Arvadını öldürüb polisə zəng edərək “Namusumu təmizlədim, gəl məni tut” deyib

01.08.2019 18:52 1 960
Arvadını öldürüb polisə zəng edərək “Namusumu təmizlədim, gəl məni tut” deyib
49 yaşlı Tufan Qurbanov 22 illik ömür-gün yoldaşını namus üstündə qətlə yetirdiyini deyir. Arvadına 18 bıçaq zərbəsi endirən ərin ürəyi bununla soyumayıb, onun boğazını kəsib.

Polislər tərəfindən həbs olunan Tufan Qurbanov üzünü hadisə yerinə toplaşanlara tutaraq "qonşular, eşidin, mən namusumu təmizlədim" deyib.

Bakı Ağır Cinayətlər Məhkəməsində arvadını xüsusi amansızlıqla öldürməkdə ittiham olunan Bakı şəhər sakini Tufan Qurbanovun cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.

Median.Az virtualaz.org-a istinadən xəbər verir ki, prosesdə şahid qismində Gülay Muradova ifadə verib. O, ifadəsində mərhumla qohumluq əlaqələri olmadığını, onların həyətində kirayə yaşadıqlarını deyib: "Hadisə baş verən gün evdə idim. Qışqırıq səsi eşitdim. Anası qışqırırdı, deyirdi ki, "öldürdü". Sonra polislər gəldilər. Qətlin nə səbəbə görə baş veridyini bilmirəm. Özü deyirdi ki, xəyanətə görə öldürüb".

Tərəflərin suallarını cavablandıran şahid mərhum Lalənin kiminlə yazışdığını bilmədiyini söyləyib: "Whatsapp"da statusda şəkil paylaşırdı. Bir kişi ilə çəkdirmişdi. Həmin kişinin kim olduğunu bilmirəm. Şəkli ötəri görmüşdüm".

Təqsirləndirilən T.Qurbanov yerindən replika verib: "Yazışırdı da, görüşürdü də, neçə dəfə özüm tutmuşam. Mənim uşaqlarımın yanında başqa kişi ilə danışırdı, görüşürdü".

Şahidin istintaqa verdiyi ifadəsi ilə məhkəmədə verdiyi ifadəsi arasında ziddiyyətlər aşkarlanıb. Onun istintaqa verdiyi ifadəsi elan edilib. İstintaq zamanı G.Muradova ifadəsində Lalənin dəniz kənarında bir kişi ilə şəkil çəkdirdiyini, həmin şəkli statusa qoyduğunu göstərib...

Məhkəmə digər şahid Ənvər Quliyevin məcburi gətirilməsi barədə qərar çıxarıb.

Məhkəmə prosesi avqustun 29 -da davam edəcək.

Qətl hadisəsi bu il fevralın 11-də Binəqədi rayonu, İsfahanlı küçəsində baş verib. 40 yaşlı Lalə Qurbanova xüsusi amansızlıqla qətlə yetirilib. Onun əri Tufan Qurbanov mətbəx bıçağı ilə qadına 18 zərbə vurub. Daha sonra isə boğazını kəsib.

İttihama görə, T.Qurbanov arvadını, başqa şəxslə münasibətdə olduğu üçün qətlə yetirib. O deyib ki, yaşadığı məhəllədə biabır olduğuna görə bu hadisəni törədib. Hadisədən sonra özü sahə müvəkkilinə zəng vurub deyib ki, "namusumu təmizlədim, gəl məni tut, apar".

Mərhumun anası isə deyilənləri təkzib edir, qızına şər atıldığını, boşanmaq istədiyi üçün əri tərəfindən öldürüldüyünü iddia edir. O, üç uşaq anası olan Lalənin ər evində zülm çəkdiyini, döyüldüyünü, işgəncələrə məruz qaldığını, gecə saatlarında dəfələrlə döyülüb evdən qovulduğunu, əriştə kəsib, düşbərə büküb sataraq pul qazandığını deyib: "Mənim qızım ərinə xəyanət etməyib. Qızımı şərləyirlər".скачать dle 11.3

Son xəbərlər