Mojo.az Banner
22:02 Bu ölkə "Avroviziya"dan imtina etdi  |     21:54 Uşağı telefona yaxından baxan, gözlərini qıyan, başı ağrıyan valideynlərin nəzərinə  |     21:46 Qazaxda toyda başlayan mübahisə bıçaqlanma ilə nəticələndi - Video  |     21:41 Azərbaycanda un məhsulları bahalaşacaq? - Video  |     21:33 Rusiya XİN-dən qəzaya uğrayan AZAL təyyarəsi ilə bağlı yeni açıqlama  |     21:28 Azərbaycanın millisindən böyükhesablı qələbə  |     21:20 Bu məktəbin direktoru vəfat etdi  |     21:15 Müəllimlər üçün geyim qaydaları və tələblər müəyyənləşdi - Foto  |     21:06 Kənd yumurtası bahalaşdı  |     21:00 “İlliyinə 2200 ödədiyim universitetin şəraiti...” - VİDEO  |     20:53 Aygün Kazımova evindən video paylaşdı  |     20:45 Bakıda bıçaqlanan məktəblinin FOTOSU  |     20:40 Xalq artisti evdə yıxılıb xəsarət aldı  |     20:34 Bakıda konsertə hazırlaşan reperə həbs cəzası  |     20:27 Güclü istilər hamilə qadınlar və körpələr üçün təhlükə yaradır - Alimlər xəbərdarlıq etdi  |     20:22 "Bugünkü imkan sabah olmaya bilər" - Ev almaq istəyənlər nə etməlidir?  |     20:14 Həbsdən çıxıb bibisinin evinə basqın etdi  |     20:09 "Google" milyonlarla Android telefonunda Android Auto-nu dayandıra bilər  |     20:03 Sumqayıtda bakomatdan pul çıxarmaq istəyən qadınının pulu necə oğurlandı?  |     19:55 50 yaşadək insanlarda xərçəng halları kəskin artır - Səbəblər açıqlandı  |    
Mojo.az Avto
Mojo.az Avto

Mixael Şumaxerdən xəbər var: səhhəti yaxşılaşır

31.07.2019 22:37 1 663
Mixael Şumaxerdən xəbər var: səhhəti yaxşılaşır
Uzun fasilədən sonra məşhur "Formula-1" pilotu Mixael Şumaxerin sağlamlıq durumu barədə məlumat verilib.

Median.Az
-ın "Hello Magazin"ə istinadən verdiyi xəbərə görə, "Ferrari"nin keçmiş idman direktoru, pilotun sabiq meceri Jan Todt bu barədə danışıb. O, bir neçə gün öncə hazırda İsveçrədə müalicə alan Şumaxerə baş çəkib.

"Monte-Carlo" radiosuna açıqlamasında Jan Todt bildirib: "Hər dəfə müsahibə verəndə ifadələrimdə diqqətli olmağa çalışıram, amma bu həqiqətdir ki, yarışları onunla birgə, Şumaxerin İsveçrədəki evində izlədik. Etibarlı əllərdədir, ailəsi ona yaxşı qulluq edir. Şumaxer qətiyyən təslim olmur və sağlamlığına qovuşmaq üçün cəhd göstərir. Ailəsi də tam gücü ilə mübarizə aparır. Maykl əvvəlki kimi ünsiyyət qura üçün biz əvvəlki kimi dostluq edə bilmirik. Amma Şumaxer mübarizəni davam etdirir. Ailəsi də ona bu yöndə dəstəyini əsirgəmir".

Qeyd edək ki, 29 dekabr 2013-cü ildə Şumaxer oğlu və dostları ilə birgə Fransanın Alp dağlarında yerləşən Meribel kurort bölgəsində xizək sürməyə gediblər. Mixael yoldan kənara çıxıb, nəhənq daşa ilişib, büdrəyən pilot müvazinətini saxlaya bilməyib, başı qayaya dəyib. Hətta başındakı dəbilqə də onu qoruya bilməyib. Zərbənin gücündən dəbilqə parça-parça olub.

İdmançı əvvəlcə özündə olsa da, sonradan həkimlər Şumaxeri ağciyərin süni ventilyasiya aparatına qoşmaq məcburiyyətində qalıblar. Keçirdiyi iki ağır neyrocərrahi əməliyyatdan sonra Mixael süni komaya salıblar. Növbəti ilin yayında məşhur pilotu bu vəziyyətdən çıxararaq, reabilitasiya üçün onu başqa bir xəstəxanaya köçürüblər. Oradan Mixael müalicəsini davam etdirmək üçün evinə yollayıb. M.Şumaxer hazırda evində ailəsinin nəzarətindədir. Bütün dünyanı üzən məşhur hadisədən isə artıq 5 il yarım zaman keçib.скачать dle 11.3
Mojo.az Banner