Mojo.az Banner
19:41 "Anthropic" və "OpenAI"dan Al təhlükəsi xəbərdarlığı: Bu, bəşəriyyəti xilas edə bilər  |     19:36 Bakı-Ağstafa marşrutu üzrə əlavə reyslər təşkil ediləcək  |     19:28 Narkotik aşkarlanan yük maşınları müsadirə olunsun - Deputatdan təklif  |     19:23 Bu şəxslərin Prezident təqaüdünün təyini üçün sənədlər müəyyənləşdi  |     19:14 “Trabzonspor”un baş məşqçisi təyin olundu  |     19:09 Sudanda qızıl mədəni çökdü, 60 nəfər öldü  |     19:01 Sabah 35 dərəcə isti olacaq  |     18:55 Azərbaycan Bolqarıstandan "Premium" benzin idxalını 20 dəfə artırıb  |     18:46 Cinayət törətməkdə şübhəli bilinən 54 nəfər saxlanıldı  |     18:41 Məkkə səmasında PUA məhv edildi - VİDEO  |     18:33 Xınalıq yolunda sürüşmə oldu - VİDEO  |     18:27 Jurnalistləri daşıyan helikopter qəzaya uğradı - Ölənlər var  |     18:20 Messi vida matçı üçün Argentina millisinə çağırıldı  |     17:57 Ramiz Mehdiyevin işində onlar da dindirilib  |     17:43 Cəlilabadda polis əməliyyat keçirdi: Saxlanılan var - FOTO  |     17:16 Badamdarda PARTLAYIŞ: Xəsarət alan var  |     17:01 Makiyaj edən məktəbli müzakirələrə səbəb oldu: "Altı dərs boş-boş oturduq" - VİDEO  |     16:56 Xaricdən sifariş verənlər bunu bilməlidir: Gömrük qaydaları dəyişdi  |     16:54 Azərbaycanda hərbi rütbələrin verilməsi qaydasına dəyişiklik edilir  |     16:53 Bakı Qızlar Universitetinin bütün tələbələri köçürüldülər  |    
Mojo.az Avto
Mojo.az Avto

Şumaxerin bolidi hərraca çıxarılıb

19.10.2024 19:25 1 959
Şumaxerin bolidi hərraca çıxarılıb
"Ferrari" komandasının almaniyalı sabiq pilotu Mixael Şumaxerin dünya çempionatının son mövsümündə idarə etdiyi bolid (yarış avtomobili) hərraca çıxarılıb.

Bu barədə “The Mirror” qəzeti məlumat yayıb.

Bolidin 15 milyon ABŞ dollarına satıla biləcəyi gözlənilir. Şumaxer bu avtomobillə 2006-cı ildə yarışıb və beş yarışı qazanıb. Hərrac noyabrın 14-də Nyu-Yorkda keçiriləcək.

Qeyd edək ki, 55 yaşlı Şumaxer “Formula 1” üzrə çempionluq rekordunun həmsahibidir: o və britaniyalı Lyuis Hemilton 7 dəfə çempionluq yaşayıblar. Ümumi yarış qələbələrinin sayına görə isə Şumaxer (91) yalnız Hemiltondan (105) geri qalaraq ikinci yerdədir. Almaniyalı pilot 1996-2006-cı illərdə “Ferrari”nin şərəfini qoruyub və komanda ilə 5 titul qazanıb.скачать dle 11.3
Mojo.az Banner