Mojo.az Banner
SON DƏQİQƏ
23:01 Ronaldo yeni biznesə qoşulur  |     22:55 Pensiyalar bu tarixdə arta bilər  |     22:47 Marketdən su alanların nəzərinə: etiketdəki bu detallara baxın  |     22:42 Dəmir yolu ilə daşımalar artır: Məhsullar ucuzlaşacaq?  |     22:34 Azərbaycan məktəbli geyimi ilə bağlı qərarında Avropaya nümunə göstərilir  |     22:29 Reseptsiz dərman satışı ilə bağlı qanunsuzluq aşkarlanan apteklərin sayı açıqlandı  |     22:24 Kosmetoloq kürəkdəki səpgilərdən qurtulmağın yollarını açıqladı  |     22:15 Bakıda yeni söküntü başlayır: Kompensasiya veriləcək (VİDEO)  |     22:10 Sabah yollarda görünüş məsafəsi azalacaq  |     22:03 Ödənişli yollar effektlidirmi?  |     21:55 Fiziklər termonüvə enerjisinə aparan "qısa yol" tapdı  |     21:50 Azərbaycanda maaşlarla bağlı yeni proqnoz - 1300 manata çatacaq  |     21:42 Ötən gün itkin düşmüş 8 nəfər tapılıb  |     21:37 İstanbulda yağış 5 nəfərin həyatına son qoydu  |     21:30 Bazar günü hava necə olacaq?  |     21:15 İranın Hörmüz boğazı yaxınlığında partlayış səsləri eşidildi  |     20:53 Gəncədə teatrın mühafizəçisi bıçaqlandı: 15 yaşlı oğlan saxlanıldı  |     20:39 Xırdalanda bədbəxt hadisə: 20 yaşlı gənc beşinci mərtəbədən yıxılaraq öldü - Foto  |     20:32 "Star Trek" serialının ulduzu Maykl Forest vəfat etdi  |     20:00 Pakistan-Əfqanıstan sərhədində toqquşma olub, ölənlər var  |    
Mojo.az Avto
Mojo.az Avto

Fransa kosmik peykləri hərbləşdirir

29.07.2019 20:56 1 580
Fransa kosmik peykləri hərbləşdirir
İyulun ortalarında Fransa Prezidenti Emmanuel Makron ölkədə Kosmik Qüvvələrin yaradılacağını açıqladıqdan sonra internetdə yeni silahlı birləşmənin hansı silahlarla təchiz ediləcəyi ilə bağlı ilk informasiya yayılmağa başlayıb.

Median.Az
“ictnews”a istinadla xəbər verir ki, artıq Avropa KİV-də Fransa peyklərinə hərbi peyklərə çevrilməyə imkan verən proqram barədə ətraflı məlumat dərc olunub.

Fransanın Müdafiə naziri Florans Parlinin sözlərinə görə, ölkə 2030-cu ilədək orbitə göyərtəsində lazer və pulemyot silahı daşıyacaq peyklər qruplaşması çıxaracaq. Bu məqsədlər üçün 2025-ci ilədək hərbi büdcədən 4 milyard 300 milyon avronun ayrılması nəzərdə tutulur.

Vəsaitlərin bir hissəsi Fransanın hərbi telekommunikasiya peyklərinin modernləşdirilməsinə sərf olunacaq. Növbəti nəsil qurğuların isə mümkün düşmən peyklərinin neytrallaşdırılması üçün asma silahlarla təchiz edilməsi planlaşdırılır.
Nazir bildirib ki, yeni sistemin məqsədi hücum yox, müdafiədir və peyklərin silahla təchiz edilməsi ilə bağlı plan kosmik məkanda nüvə silahı və digər kütləvi qırğın silahlarından istifadəni qadağan edən 1967-ci il tarixli Kosmos haqqında beynəlxalq müqavilənin müddəalarını pozmur.скачать dle 11.3

Son xəbərlər