Mojo.az Banner
22:57 Çin heyətinin olduğu yük gəmisi batdı: 24 nəfərin taleyi açıqlanmayıb  |     22:44 "Özünü idarə edə bilmir" - Davranış pozuntusu olan uşaq məktəbə niyə qaytarılıb? - VİDEO  |     22:13 Azərbaycan onları axtarır (SİYAHI)  |     21:58 Sumqayıtda internat yataqxanasında GÜCLÜ YANĞIN: Zəhərlənənlər var  |     21:52 Azərbaycanda dəhşətli hadisə: Gölə düşən qardaşını xilas etmək istəyən bacı boğulub öldü, digəri axtarılır  |     21:44 Bakının günəşi avtomobilləri necə qocaldır?  |     21:40 "Tərcüməçi" filminin aktyoru Maykl Rayt vəfat etdi  |     21:39 Goranboy-Naftalan yolunda ağır qəza: Həlak olanlar var  |     21:08 Rusiya XİN: Metsamor AES-in bağlanması Ermənistanın enerji asılılığını artıracaq  |     21:02 Keçmiş məktəb direktoru vəfat etdi  |     20:50 Bu adada rekord sayda uzunömürlü insan yaşayır: Onlar hər gün nə yeyirlər?  |     20:44 Sahibkarlara şad xəbər: yeni güzəştlər sentyabrın 1-dən başlayır  |     20:35 Ürəyi və qan damarlarını qoruyur: Kişilərə səhərlər hansı içkini içməlidir?  |     20:27 Süni intellektə kimlər daha çox güvənir: Gənclər, yoxsa yaşlılar?  |     20:22 "Bu zəhrimar xəstəlik onu apardı" - Faiq Ağayev köməkçisindən danışdı  |     20:14 100 min manatdan çox vergi borcu yarandı - Ölkədən çıxışına qadağa qoyuldu  |     20:09 İran sərhədində atışma - Ölən var  |     20:02 Kəlbəcər və Laçın arasındakı məsafə 32 km qısaldılır (VİDEO)  |     19:57 Sabah 40° isti olacaq  |     19:49 Həbs olunan Ruslan Məmmədov bu federasiyada vitse-prezident imiş  |    
Left Banner
Right Banner

MN: "Yeni müharibəyə görə məsuliyyəti Ermənistan rəhbərliyi və Makron diktaturası daşıyacaq"

18.06.2024 18:21 1 272
MN:
Azərbaycan Müdafiə Nazirliyi media vasitələrində Fransa ilə Ermənistan arasında "Caesar" özüyeriyən artilleriya qurğularının alqı-satqısı barədə kontraktın imzalandığı haqqında yayılan məlumatlara münasibət bildirib.

Müdafiə Nazirliyi bu barədə geniş məlumat yayıb.

Açıqlamada deyilir ki, Azərbaycan tərəfinin xəbərdarlığına rəğmən Fransanın Ermənistanı öldürücü və hücum təyinatlı artilleriya qurğuları və digər silah növləri ilə təchiz etməsi Fransanın Cənubi Qafqaz regionunda təxribatçı fəaliyyət aparmasının növbəti sübutudur.

MN qeyd edib ki, Fransa Müdafiə Nazirliyi keçən ilin oktyabrında verdiyi açıqlamasında Ermənistana tədarük edilən hərbi texnikanın müdafiə xarakteri daşıdığını iddia etsə də, hazırkı hərbi sövdələşmə ilə Ermənistanın öldürücü silahlarla təchiz edilməsi Fransa rəhbərliyinin riyakarlığının növbəti təzahürüdür:

"Cənubi Qafqaz regionunda militarizasiya və geosiyasi intriqa siyasəti yürüdən Makron rejimi Ermənistan ilə Azərbaycan arasında normallaşmaya və regionda davamlı sülhün təmin olunmasına maneə olur. Bu kimi destruktiv və qərəzli siyasətinə görə normallaşma və regional proseslərdən kənarda qalan Fransanın indiki rəhbərliyi bunu Azərbaycana bağışlaya bilmir və ona görə də pozucu siyasətini davam etdirir.

Ermənistan Azərbaycana qarşı hərbi təcavüz və işğal törətmiş dövlətdir. BMT Təhlükəsizlik Şurasının daimi üzvü olan Fransa tərəfindən qanlı hərbi təcavüz törətmək təcrübəsi olan Ermənistanın yenidən silahlandırılması və Ermənistan rəhbərliyinin revanşizm siyasətini dəstəkləməsi siyasi məsuliyyətsizlik olmaqla bərabər yeni müharibəyə aparan yoldur.

Müstəmləkəçi imperiya olaraq Fransanın tarixən dünyanın müxtəlif yerlərində müharibə və münaqişə ocaqları yaratmaq kimi ikrah doğuran zəngin təcrübəsi vardır. Yeni Kaledoniya və digər dənizaşırı müstəmləkə ərazilərində baş verən proseslər, yerli xalqların istismara məruz qoyulması, təbii sərvətlərinin talanması, irqçi siyasət nəticəsində həmin ərazilərin demoqrafik tərkibinin dəyişdirilməsi, etiraz aksiyalarının qan və silah gücünə yatırılması Makron rejiminin əsl mahiyyətinin göstəricisidir. Utancverici müstəmləkə irsinin qalığı olan bu kimi köklü problemləri həll etmək və neokolonializmə son qoymaq əvəzinə Fransa Azərbaycana qarşı çirkli təbliğat və dezinformasiya kampaniyası aparır".

"Bəyan edirik ki, Cənubi Qafqaz regionunda vəziyyətin gərginləşməsinə və yeni müharibə ocağının yaranmasına görə məsuliyyəti tam şəkildə revanşist siyasət yürüdən Ermənistan rəhbərliyi və Makron diktaturası daşıyacaqdır", - Nazirlikdən bildirilib.скачать dle 11.3
Mojo.az Banner