Mojo.az Banner
17:07 Sosial müavinət və işə düzəltmək vədi ilə 45 min manatlıq dələduzluq  |     17:01 "Bibi Heybət"in imamının diplomu tanınmadı  |     17:00 Lənkəranda avtomobil yol kənarındakı satıcını vurub öldürdü  |     16:24 Özəl klinikalarda problemlər artır – Xidmət keyfiyyəti necə qorunmalıdır?  |     16:13 Ev dustaqlığına buraxılan Arzuma bu qadağa qoyuldu - Vəkilindən açıqlama  |     16:06 Nazirlər Kabineti iki ay müddətində müəllimlər üçün geyimlə bağlı tələbləri təsdiqləyəcək  |     15:54 Mehdiabadda kişini başından vurub öldürdülər  |     15:49 Temperatur 41 dərəcəyə yüksələcək - XƏBƏRDARLIQ  |     15:45 IV kurs tələbəsi vəfat etdi  |     15:36 Prezidentdən Rauf Arifoğlu ilə bağlı - Sərəncam  |     14:39 Fransada bəzi məmurlar narkotik testindən sonra işdən kənarlaşdırılıblar  |     14:33 Sabah Bakıda 36, rayonlarda 39 dərəcə isti olacaq - 23.07.2026  |     14:25 Dünyada yanacaq tədarükü təşvişi - NEFT BAHALAŞDI  |     14:20 Bakıda binalardan birində liftlərin fəaliyyəti dayandırıldı  |     14:13 Azərbaycan neftinin qiyməti 99 dollara yaxınlaşır  |     14:05 ABŞ Səudiyyə Ərəbistanının dinc nüvə proqramını dəstəklədi  |     14:00 Avropada anomal istilərin səbəbi açıqlanıb  |     13:54 Yay mövsümündə dişləri zədələyən əsas amillər - Mütəxəssisdən vacib tövsiyələr  |     13:45 Xəzərdə batmaqda olan iki nəfər XİLAS EDİLDİ  |     13:40 Nabranda FACİƏ: 17 yaşlı qız dənizdə boğuldu  |    
Left Banner
Right Banner

“Ərəb qonağıma görə bir şiş lüləni 20 manata satdılar”

24.07.2019 14:10 1 831
“Ərəb qonağıma görə bir şiş lüləni 20 manata satdılar”
Quba rayonunda yerləşən "Aynur" restoranına ərəb qonağı ilə gedən müştəri aldadıldıqlarını iddia edir.

Median.Az
qafqazinfo-ya istinadən xəbər verir ki, vətəndaş İlahə Yusifli bildirib ki, Küveytdən gələn qonağı üçün həmin istirahət mərkəzinin otelində otaq da tutublar: "Biz birinci oturduq, sifarişimizi verdik, daha sonra qalmaq üçün evi də danışıb qonağı gözlədik. Əyləşəndən sonra qonağın əcnəbi olduğunu görüb ona fərqli menyu verdilər. Həmin menyuda bir şiş lülə 20 manat idi. Biz buna etiraz etdik və həmin şəxsin bizim qonağımız olduğunu dedik. Bundan sonra fırıldaqla məşğul olmağa başladılar. Bir şişdə 3 lülə vermək əvəzinə 2 tikə lülə gətirdilər. Qonağın yanında biabır olmamaq üçün səsimizi çıxarmadıq. Əlavə kabab sifariş edəndə isə 1 tikə lüləni 4 yerə bölüb "buyurun, bu da lüləniz" dedilər. Ərəb qonağımız əsəbdən yemək yemədən masadan qalxdı və gedib başqa oteldə özünə otaq tutdu".

İ. Yusifli əlavə edib ki, restoranda müdiriyyət işçilərin üstünə müştərilərin yanında qışqıraraq onlarla kobud davranıb.

"Aynur" istirahət mərkəzinin administratoru Ziya Əliyev isə açıqlamasında bu iddiaları təkzib edib:

"Elə şey yoxdur, onu kim deyirsə, qələt edir. Bizdə standart menyudur, qiymətlər hamıya eynidir. 4-5 ildir ərəblərlə işləyirik, nə oldu, indi problem çıxdı? Kabablar, yeməklər hamıya eyni qiymətdir. Ola bilsin qəlyanda 5 manat fərq olsun. Hamıya 10 manatdırsa, ərəblərə 15 manata veririk. Çünki onlar fərqli tütündən hazırlanmış qəlyan sifariş edirlər. Biz də həmin tütünü xüsusi sifariş edib gətizdiririk. Həmin tütün bahadır. Bu qiymət fərqi ərəbə görə deyil, tütünə görədir".

скачать dle 11.3
Mojo.az Banner