Mojo.az — elanlar
RU
RU
Mojo.az Avto
Mojo.az Avto

Maqnit qasırğasının səviyyəsi açıqlandı

23.07.2019 19:41 1 329
Maqnit qasırğasının səviyyəsi açıqlandı
Azərbaycan Milli Elmlər Akademiyasının N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanası meteohəssas insanları daha çox maraqlandıran kosmik hava durumu və proqnozunu açıqlayıb.

Median.Az
bildirir ki, rəsədxanadan Trend-ə verilən məlumata görə, Günəş fəallığı çox aşağı səviyyədə olub. Günəş diski ləkəsizdir. Lakin ləkənin inkişafını mümkün edə bilən sahə yaranmaqdadır.

Hesabat dövründə Günəş küləyi parametrlərində sakit rejimə uyğun qiymətlər müşahidə olunub.

Geomaqnit sahə, son saatlar ərzində ümumən çox sakitdir.

Bildirilir ki, proqnoz dövründə (bu gün və sabah) Günəş fəallığı çox aşağı səviyyədə qalacaq.

Maqnit qasırğasının yaranması ehtimalı 23 və 24 iyulda 5%-dən aşağı qiymətləndirilir.

Son xəbərlər