Mojo.az Banner
23:12 Gəncədə atanın oğlunu bıçaqlaması ilə bağlı yeni təfərrüat - Video  |     22:45 Bakıda genişmiqyaslı əməliyyat: 200-dən çox şəxs saxlanıldı - Foto  |     22:34 Pulun üzərinə yazı yazmağa görə inzibati cəza nəzərdə tutulubmu?  |     22:27 Türkiyədə naməlum infeksiya: Minlərlə sakin xəstəxanaya müraciət etdi  |     22:16 Sabunçuda psixotrop maddə qəbul edən şagird məktəbdə intihara cəhd edib  |     22:00 30-a yaxın ölkə İrana qarşı bəyanatla çıxış etdi  |     21:40 Sabah paytaxtın bir rayonunda qaz kəsiləcək  |     21:22 Bəzi ərazilərdə su olmayacaq  |     21:06 Məktəblərdə geyim qaydalarına görə monitorinqlər başlandı  |     20:33 Azərbaycan Respublikası Media və Yayım Şurasının açıqlaması  |     20:31 Bəxtiyar Əsgərovu kim əvəz edəcək? - Yeni təyinat  |     20:15 Masazırda avtomobilləri yandıran şəxslər saxlanıldılar  |     20:04 Naxçıvan MR-in Bakıdakı Daimi Nümayəndəliyinə yeni rəhbər təyin olunub  |     19:58 Azərbaycanın yeni səfiri etimadnaməsini Pakistan prezidentinə təqdim edib  |     19:49 Şirvanda 1 yaşlı uşaq yıxılaraq ağır xəsarət alıb  |     19:38 PKK İraqdakı dörd düşərgəni boşaltdı  |     19:28 Bakıda məktəbli əmisinin zorakılığına məruz qalıb? - İddia  |     19:20 "Sabah"ın oyunu ilə əlaqədar Bakıda 18 marşrutun hərəkət sxemi dəyişdirilir  |     18:40 Vilayət Eyvazov iranlı həmkarı ilə görüşüb  |     18:06 Məktəbli forması şagirdlərin düşüncəsinə necə təsir edir? – AÇIQLAMA  |    
Mojo.az Avto
Mojo.az Avto

Bakıda qadını vuran sürücü cərimələnməyəcək - Günahkar piyada imiş - VİDEO

23.07.2019 17:25 5 261
Bakıda qadını vuran sürücü cərimələnməyəcək - Günahkar piyada imiş - VİDEO
Bakıda piyada xəttindən keçən qadını maşınla vuran sürücü cərimələnməyəcək.

Bunu oxu.az-a açıqlamasında Bakı şəhər Baş Polis İdarəsinin DYPİ-nin bölmə rəisi, polis polkovniki Vaqif Əsədov deyib.

Onun sözlərinə görə, hadisə barədə ilkin araşdırma aparılıb:

“Həmin yerdə piyada keçidi işıqforla tənzimlənir. Görüntülərdə olan xanım nəqliyyat vasitələrinə yaşıl işıq yandığı vaxt piyada keçidinə daxil olur və yolu keçmək istəyir. Avtomobil sürücüsünün tapılması və izahatının alınması planlaşdırılır.

Burada xanım inzibatı xəta tərkibi yaradıb. Buna görə də sürücü cərimə olunmayacaq”.

Vaqif Əsədov qeyd edib ki, hamı tələblərə uyğun şəkildə hərəkət etməlidir:

“Yol hərəkəti haqqında” qanun hərəkəti tənzimləmək və təhlükəsizliyi təmin etmək üçündür. Hamı bu tələbləri bilməli və əməl etməlidir”.

Qeyd edək ki, Bakıda piyada keçidi qaydalarını pozan sürücünün görüntüləri yayılıb. “Land Cruiser” markalı avtomobilin sürücüsü piyadaların keçməsinə baxmayaraq, hərəkəti davam etdirib və keçiddən keçən qadını vurub. Qadının son anda dayanması onu ölümdən xilas edib.


скачать dle 11.3
Mojo.az Banner