Mojo.az Banner
SON DƏQİQƏ
23:01 Ronaldo yeni biznesə qoşulur  |     22:55 Pensiyalar bu tarixdə arta bilər  |     22:47 Marketdən su alanların nəzərinə: etiketdəki bu detallara baxın  |     22:42 Dəmir yolu ilə daşımalar artır: Məhsullar ucuzlaşacaq?  |     22:34 Azərbaycan məktəbli geyimi ilə bağlı qərarında Avropaya nümunə göstərilir  |     22:29 Reseptsiz dərman satışı ilə bağlı qanunsuzluq aşkarlanan apteklərin sayı açıqlandı  |     22:24 Kosmetoloq kürəkdəki səpgilərdən qurtulmağın yollarını açıqladı  |     22:15 Bakıda yeni söküntü başlayır: Kompensasiya veriləcək (VİDEO)  |     22:10 Sabah yollarda görünüş məsafəsi azalacaq  |     22:03 Ödənişli yollar effektlidirmi?  |     21:55 Fiziklər termonüvə enerjisinə aparan "qısa yol" tapdı  |     21:50 Azərbaycanda maaşlarla bağlı yeni proqnoz - 1300 manata çatacaq  |     21:42 Ötən gün itkin düşmüş 8 nəfər tapılıb  |     21:37 İstanbulda yağış 5 nəfərin həyatına son qoydu  |     21:30 Bazar günü hava necə olacaq?  |     21:15 İranın Hörmüz boğazı yaxınlığında partlayış səsləri eşidildi  |     20:53 Gəncədə teatrın mühafizəçisi bıçaqlandı: 15 yaşlı oğlan saxlanıldı  |     20:39 Xırdalanda bədbəxt hadisə: 20 yaşlı gənc beşinci mərtəbədən yıxılaraq öldü - Foto  |     20:32 "Star Trek" serialının ulduzu Maykl Forest vəfat etdi  |     20:00 Pakistan-Əfqanıstan sərhədində toqquşma olub, ölənlər var  |    
Mojo.az Avto
Mojo.az Avto

Bakıda “əlil maşını” ilə təhlükə yaradan sürücü barədə araşdırmalara başlandı - RƏSMİ

21.01.2020 17:49 1 676
Bakıda “əlil maşını” ilə təhlükə yaradan sürücü barədə araşdırmalara başlandı - RƏSMİ
Bakıda əks yola çıxan avtomobilin sürücüsü ilə bağlı araşdırma başlanılıb.

Bunu Oxu.Az-a açıqlamasında Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polis İdarəsinin bölmə rəisi, polis polkovniki Vaqif Əsədov bildirib.

Onun sözlərinə görə, ərazidə yerləşən kameraya baxış keçirildikdən sonra avtomobil və sürücüsü müəyyən olunacaq:

“Qanunvericiliyə uyğun olaraq, sürücü barəsində tədbirlər görüləcək. Təəssüflər olsun ki, əlillər üçün verilən maşınla da hadisələr törədənlər az deyil. 2019-cu ildə də əlillərin də iştirak etdiyi yol-nəqliyyat hadisələri qeydə alınıb”.

V.Əsədov sürücülərə də müraciət edib.

“Sürücülər qaydalara riayət etməlidirlər. Nə özlərinin, nə də kiminsə həyatını təhlükəyə atmasınlar. Ərazidə polis olmasa da, kimsə onların qayda pozuntusunu çəkir. Bütün bunları nəzərə alıb, qaydaları pozmayın”.

Qeyd edək ki, Bakıda əlillər üçün verilən “OKA” markalı maşının yaşlı sürücüsü əks yola çıxararaq, nəqliyyatın digər iştirakçıları üçün təhlükə yaratması barədə videogörüntü yayılıb.скачать dle 11.3

Son xəbərlər