Mojo.az Banner
20:02 Rusiyada həmkəndlisindən 41 min manat aldı, Şəkiyə qayıdıb borc yiyəsini döydü  |     19:57 Bakıda tuneldə xaotik vəziyyət: Aparılan yeni xətlənmə yolda sıxlığa və çaşqınığa səbəb olur (Video)  |     19:49 Bakıda modelin döşəyin altında gizlətdiyi pullar oğurlandı  |     19:43 "Bir qəpiyə yumurta sabah olacaq" (Video)  |     19:38 Saatlıda 16 yaşlı qız zəhərlənib öldü  |     19:32 Bu xəstəlik daşıyıcıları hərbi xidmətə yararlıdır - RƏSMİ  |     19:27 İt və ya pişiklə bir yerdə yatanlar DİQQƏTLİ OLUN  |     19:19 Boşanmaq çarə olmadı: Keçmiş həyat yoldaşı ilə evlənənlərin sayı açıqlandı  |     19:13 “Bütün xalqımızdan üzr istəyirik” - Arda Gülər  |     19:05 Göygöldə mikroavtobus aşdı: xəsarət alanlar var  |     19:00 Təhsildən kütləvi ayrılma: 13 min tələbə niyə oxumaqdan imtina etdi?  |     18:52 Ötən il neçə saxta diplom aşkarlanıb?  |     18:47 Paytaxtda fərqli iş qrafikləri tətbiq olunacaq: Tıxaclar azalacaq?  |     18:39 Səhər yeməyində yumurtanı necə əvəz etmək olar? - Proteinlə zəngin 7 variant  |     18:35 Sabah 9-cu siniflər üçün bir sıra imtahanlar keçiriləcək  |     18:30 Bazar gününün - Havası  |     18:25 Bu görüntüləri gündəm oldu - Video  |     18:20 Gəncədə 20 yaşlı qız dərmandan zəhərləndi  |     18:13 Azərbaycanda istehlak bazarı 5 %-ə yaxın böyüyüb  |     18:05 Yanğın təhlükəli obyektin fəaliyyəti dayandırıldı - Video  |    
Left Banner
Right Banner

Piyada zolağını zəbt edən sürücü cəzalandırıldı - VİDEO

04.02.2019 11:50 3 943
Piyada zolağını zəbt edən sürücü cəzalandırıldı - VİDEO
Bakıda dayanma-durma və parklanma qaydasını pozan sürücü haqqında protokol tərtib edilib.

Bunu oxu.az-a açıqlamasında Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polis İdarəsinin bölmə rəisi, polis polkovniki Vaqif Əsədov bildirib.

Onun sözlərinə görə, hadisə barədə məlumat məruzə olunan kimi dərhal reaksiya verilib və şəxs barədə tədbir görülüb:

“Şəmsi Bədəlbəyli-Süleyman Rüstəm küçələrinin kəsişməsində piyadaların hərəkəti üçün nəzərdə tutulmuş piyada zolağında 10-BG-777 dövlət nömrə nişanlı, “Mercedes” markalı nəqliyyat vasitəsinin sürücüsü Hüseynov Vüqar Oqtay oğlunun yol hərəkəti qaydasını pozduğu aşkar edildi. Sürücü inzibati məsuliyyətə cəlb edildi”.

Vaqif Əsədov həmçinin sürücülərə müraciət edərək bildirib ki, ərazidə dayanma-durma və parklanma yerinə yetirən zaman diqqətli olmaq lazımdır.

Qeyd edək ki, fevralın 1-də 10-BG-777 dövlət nömrə nişanlı, “Mercedes” markalı avtomobilin piyada keçidinin üzərində parklandığı barədə məlumat yayılmışdı. Sürücünün avtomobilini düzgün park etməməsi piyadaların hərəkətinə mane olurdu.



скачать dle 11.3
Mojo.az Banner