Mojo.az Banner
19:33 Putinin köməkçisi Azərbaycana gəlib - FOTO  |     19:27 Qətlə cəhd, sərhəd pozuntusu, narkotacirlik: Ağır ittihamlarla məhkəməyə göndərildilər  |     19:14 İş yoldaşının kartından 6000 manata yaxın pul çıxardı - Qeyri-adi dələduzluq  |     18:58 Dondurulmuş çörək təzə çörəkdən daha faydalı ola bilər: Səbəb nədir?  |     18:38 Ermənilərdən TƏXRİBAT: AFFA hərəkətə keçdi  |     18:08 "Harri Potter"i geridə qoydu: Bu yay ən çox oxunan romanlardan biri hansıdır?  |     18:01 16 yaşlı Günay dünya universitetlərinə qəbul şansı və yüksək təqaüd qazandı  |     17:46 Çexiyada hərbi helikopter qəzaya uğradı: Ölən var  |     17:36 Ətin qiyməti niyə od tutub yanır?  |     17:30 "Qiyamət günü" radiosu yenə efirə çıxdı - Müəmmalı mesaj  |     17:21 Ən ağıllı bürclər: Siyahıda kimlər var?  |     17:08 7 körpənin ölümündə təqsirləndirilən şəxslər yenidən hakim qarşısına çıxarılacaq  |     16:57 Şahin Şıxlinski və oğlunun hansı həbsxanada cəza çəkəcəkləri bəlli olub  |     16:39 "Qarabağ" və "Zirə"nin bugünkü oyunlarını hansı kanallar yayımlayacaq?  |     16:05 Azərbaycanda zorakılığa məruz qalan kişilərin sayı AÇIQLANDI  |     15:50 Bakıda 200 min manatlıq soyğunçuluq edən şəxslər saxlanılıblar - Video  |     15:37 "Barselona" Kərim Adeyemini TRANSFER ETDİ  |     15:33 İmişlidə yanğın törədən şəxs cəzalandırıldı  |     15:29 Azərbaycanda ezamiyyə qaydalarında DƏYİŞİKLİK  |     15:27 Məcburi köçkünlərlə bağlı qanunlarda dəyişikliklər edildi  |    
Left Banner
Right Banner

“ASAN xidmət”də işləmək istəyənlərin — NƏZƏRİNƏ

22.07.2019 21:03 1 722
“ASAN xidmət”də işləmək istəyənlərin — NƏZƏRİNƏ
“ASAN xidmət”də işləmək istəyənlər üçün keçiriləcək müsahibənin vaxtı məlum olub.
Dövlət İmtahan Mərkəzindən verilən məlumata görə, elan üzrə 10 dövlət orqanında mövcud olan inzibati dövlət qulluğu vəzifələrinə aid 128 vakant vəzifə üzrə 158 yer müsahibəyə çıxarılıb. Elana çıxarılan vəzifələr üzrə qeydiyyatdan keçmiş 742 namizədlə 1840 müsahibənin keçirilməsi planlaşdırılır.

Ən yüksək müsabiqə vəziyyəti Balakən regional “ASAN xidmət” mərkəzi, Vətəndaşların qəbuku içinin təşkili sektorunda aparıcı məsləhətçi ( 1 vakant yer üzrə 209 namizəd), 6 saylı Bakı “ASAN xidmət” mərkəzi, Vətəndaşların qəbulu işinin təşkili sektorunda baş məsləhətçi (1 vakant yer üzrə 168 namizəd), Şamaxı regional “ASAN xidmət” mərkəzi, Vətəndaşların qəbulu işinin təşkili sektorunda böyük məsləhətçi (1 vakant yer üzrə 158 namizəd) vəzifələri üzrə qeydə alınıb.

Müsahibələrin 29 iyul-5 noyabr 2019-cu il tarixləri ərzində keçirilməsi nəzərdə tutulur.
Müsahibələrin təşkili və keçirilməsi üçün Dövlət İmtahan Mərkəzi və dövlət orqanları tərəfindən kifayət qədər vəsait və resurslar sərf olunur. Mərkəz namizədlərin nəzərinə çatdırır ki, onların müsahibədə iştirak etməmələri üzrlü hal kimi qəbul edilmir, namizədlərin məsuliyyətsizliyi kimi xarakterizə edilir və belə hallar Mərkəzin məlumat bazasında qeydiyyata alınır. Seçilmiş vəzifədən imtina etmək üçün müsahibələrin keçirilmə qrafikində öz adınızı seçib, açılan müraciət formasında "İMTİNA" düyməsini sıxmaq lazımdır.

Namizədlərdən müsahibə vaxtından ən azı 30 dəqiqə əvvəl müsahibələrin keçiriləcəyi binaya yaxınlaşmaları xahiş olunur.скачать dle 11.3
Mojo.az Banner