Mojo.az Banner
17:18 Allahşükür Paşazadə: Vahid məktəbli forması məsələsində hicab qadağası yoxdur  |     17:04 Məktəbdə yanğın törətməyə cəhddə şübhəli bilinən 6 nəfər saxlanıldı - FOTO  |     16:59 65 mindən çox uşaq vaksinasiya olunub  |     16:52 Ermənistanda saxlanılan hərbçimizin heç kimə zərər vermək niyyəti olmayıb  |     16:48 AFFA "Neftçi"ni 5000 manat cərimələdi  |     16:41 Dünyada hər 7 nəfərdən birində psixi problem var  |     16:36 Dəhşətli qəzadan əvvəl dəfələrlə video paylaşıbmışlar  |     16:30 Cinayətdə şübhəli bilinən 40 nəfər saxlanıldı  |     16:17 Bakıda skuter və motosikletin iştirakı ilə baş verən qəzalar - VİDEO  |     16:11 DYP dəmir yolu keçidləri ilə bağlı xəbərdarlıq etdi  |     16:06 Bakıda hərəkətin təşkili sürcülərdə çaşqınlıq yaratdı - VİDEO  |     15:01 Türkiyənin bu əyalətində naməlum infeksiya yayılır  |     14:54 Toydan sonra qonşusunu bıçaqladı  |     14:50 Şuşa Musiqili Teatrında "Su pərisi" olacaq  |     14:43 Bakıda 26, rayonlarda 29 dərəcə isti olacaq  |     14:37 "Sabah"ın oyununa görə metro gücləndirilmiş rejimidə çalışacaq  |     14:30 Cavan Zeynalının başına iş gəlib - Ayaq barmaqları əzilib  |     14:24 Çempionlar Liqası: "Qalatasaray" "Barselona"ya qarşı  |     14:15 Yaş artdıqca insanlar daha tez oyanırlar: Alimlər maraqlı səbəb açıqladı  |     14:10 Bu tarixlərdə meteor yağacaq  |    
Mojo.az Avto
Mojo.az Avto

Bu tətbiqdən sonra mobil telefonların dinlənilməsi çətinləşəcək

22.07.2019 20:29 1 512
Bu tətbiqdən sonra mobil telefonların dinlənilməsi çətinləşəcək
"5G" texnologiyasının istifadəyə verilməsi hüquq-mühafizə orqanlarının cinayətkarların mobil telefonlarını dinləmək imkanından məhrum olması ilə nəticələnəcək".

Median.Az "ictnews"a istinadən xəbər verir ki,Avropa Polis Təşkilatının (Avropol) rəhbəri Katrin De Boll belə düşünür. O, Avropa İttifaqına üzv ölkələrin hazırda "4G" şəbəkəsindən beşinci nəsil mobil rabitə şəbəkəsinə (5G) keçidlə əlaqədar boşluğu doldura bilən texniki vasitələrə malik olmaması ilə əlaqədar Aİ liderlərinə texniki baxımdan yaxşı hazırlanmış cinayətkarlarla mübarizə üçün maliyyələşdirməni artırmaq və səlahiyyətləri genişləndirmək xahişi ilə müraciət edib.
Hazırda hüquq-mühafizə orqanları "4G" şəbəkəsini dəstəkləyən mobil qurğular vasitəsilə cinayətkarları dinləyə və izləyə bilirlər, lakin yeni nəsil standarta keçidlə belə imkan aradan qaldırılacaq. Təşkilat rəhbərinin sözlərinə görə, Avropa hüquq-mühafizə təşkilatları texnoloji şirkət və qanunverici orqanlar arasında "5G" şəbəkəsinə keçidlə bağlı aparılan danışıqlara çox gec cəlb olunublar və bununla əlaqədar indi nəzarət imkanlarından məhrum olacaq polisə dəyən ziyanın minimallaşdırılması üçün digər metodlar axtarmaq lazım gəlir.

"Ən böyük risk ondan ibarətdir ki, biz texniki işləmələr barədə kifayət qədər məlumatlı deyilik, halbuki bir addım irəlidə olmalıyıq. Biz baş verənləri anlayaraq onlara müvafiq reaksiya verməliyik", – De Boll qeyd edib.

Qeyd edək ki, 1999-cu ildə yaradılan "Avropol" təşkilatı Avropa İttifaqında transsərhəd mütəşəkkil cinayətkarlıq, terrorizm və kibercinayətkarlıqla mübarizə aparır. Məsələn, "Avropol" Aİ polis qüvvələrinin rəqəmli dövrün reallıqları nəzərə alınmaqla modernləşdirilməsi üçün platforma rolunu oynayır. Mənzil-qərargahı Haaqada (Niderland) yerləşən təşkilatın ştat vahidi 900 əməkdaşdan ibarətdir. "Avropol"un 2019-cu il üçün nəzərdə tutulan büdcəsi 138 milyon avro təşkil edir. Lakin təşkilatın kiberimkanlarının modernləşdirilməsi məqsədilə 2027-ci il üçün büdcənin iki dəfə artırılması planlaşdırılır.скачать dle 11.3
Mojo.az Banner