Mojo.az Banner
Left Banner
Right Banner

Antalyada azərbaycanlı ailənin olduğu avtobus dərəyə aşdı

18.07.2019 12:42 3 216
Antalyada azərbaycanlı ailənin olduğu avtobus dərəyə aşdı
Antalyanın Manavqat rayonunda turistləri aparan avtobus dərəyə aşıb.

“Habertürk”ün məlumatına görə, hadisə zamanı beş azərbaycanlı xəsarət alıb.

Bunlar bir ailənin üzvləri olan Elşən Məmmədov, Şəfəq Məmmədova, Nur Məmmədova, Ceyran Məmmədova və Əsma Məmmədovadır.

Onlar yaxınlıqdakı xəstəxanaya çatdırılıb. Yaralıların vəziyyətinin yaxşı olduğu bildirilir.

Məlumata əsasən, qəzaya yağış səbəbindən yolun sürüşkən olması səbəb olub.скачать dle 11.3
Mojo.az Banner