Mojo.az Banner
19:15 Amerikada maşınların bahalaşması Azərbaycan bazarına təsiri edə bilər? - Video  |     19:10 Azərbaycanda pensiyalar bu tarixdə artırılacaq  |     19:03 Boş qalan plan yerləri ilə bağlı müsabiqənin nəticələri açıqlandı  |     18:59 Bakıda bu avtobusda qiymət 65 qəpik oldu  |     18:53 Pişiyin dişlədiyi 4 yaşlı qız quduzluqdan öldü  |     18:48 Uşaqları infeksion xəstəliklərdən belə qoruyun - Həkimdən XƏBƏRDARLIQ  |     18:40 Daha bir tarixi seriala çəkiləcək  |     18:35 Fəaliyyətinə icazə verilən plastik cərrahların sayı artdı  |     18:27 Azərbaycanda 5 şirkət ləğv olunur  |     18:21 Sumqayıtda 28 yaşlı oğlan bıçaqlandı, atası saxlanıldı  |     18:17 Azyaşlının psixoloq yanında döyülməsi iddiası araşdırılır - VİDEO  |     18:05 Bu yollarda nəqliyyatın hərəkəti tam məhdudlaşdırılacaq  |     17:58 Arvadını amansızlıqla öldürməkdə təqsirləndirilən şəxs: "Özümdə deyildim"  |     17:39 Bakıda avtomobil mühərrikləri oğurlandı - Saxlanılan var  |     17:22 Bu ərazilərdə su olmayacaq  |     17:09 Qaradağda 70 min manatlıq telefon və aksesuarlar oğurlayan şəxslər saxlanılıblar  |     17:00 Gədəbəydə 34 il əvvəl törədilən qətlin üstü açıldı, mərhumun oğlu saxlanıldı (Yenilənib)  |     16:26 Doqquzillik baza üzrə kolleclərə qəbul olunanların qeydiyyat müddəti uzadıldı  |     16:12 Azərbaycanda həkim-dermatoloq VƏFAT ETDİ - FOTO  |     16:09 Yevgeni Kukseviç Azərbaycanda iki vəzifəsini itirdi  |    
Left Banner
Right Banner

Səudiyyəli qadınlara daha bir azadlıq: Kişilərdən icazəsiz xaricə gedəcəklər

12.07.2019 21:56 1 639
Səudiyyəli qadınlara daha bir azadlıq: Kişilərdən icazəsiz xaricə gedəcəklər
Səudiyyə Ərəbistanı rəhbərliyi qadınlara onların kişi qəyyumlarının icazəsi olmadan ölkə xaricinə çıxmağa icazə verən qanun layihəsini hazırlamağı planlaşdırır.

Bu barədə “The Wall Street Journal” məsələ ilə bağlı məlumatlı mənbələrə istinadən xəbər yayıb.

Qeyd olunur ki, sözügedən qanun layihəsi artıq bu il qəbul edilə bilər. Belə sənədin hazırlanmasının səbəbi isə qanunların həddindən artıq sərt olması və məhdudiyyətlərə görə bir neçə gənc qadının ölkədən qaçması ilə bağlı yayılmış səs-küylü xəbərlər olub.

Xatırladaq ki, hazırda Səudiyyə Ərəbistanında bütün qadınlar, həmçinin 21 yaşadək kişilər ölkə xaricinə çıxa bilmələri üçün qəyyumlarından icazə almalıdırlar. Həmin icazə işə düzəlmək, tibbi yardım almaq və ya ev kirayələmək üçün də tələb olunur.скачать dle 11.3
Mojo.az Banner