Mojo.az Banner
18:53 PUA hücumunda həlak olan gəmi kapitanının nəşi Bakıya gətirilir  |     18:16 Bakıda valideynlərinin işgəncə verdiyi bacı-qardaşla bağlı RƏSMİ AÇIQLAMA  |     18:05 Mahir Emreli Polşa klubuna keçir  |     17:53 Bakıda azyaşlı bacı-qardaş evdən qaçdı: Valideynləri tərəfindən işgəncə görürmüşlər  |     17:47 Çimərlikdə avtomobil idarə edənləri hansı cəza gözləyir? (VİDEO)  |     17:42 İsrail ərəb ölkəsində erməni hərbçini öldürdü  |     17:37 Pensiya alanların nəzərinə  |     17:29 Kondisionerdən belə istifadə edin, işıq pulunuz azalsın  |     17:15 "Bütün əyləncələri ikinci plana atmışdım" - Maksimum bal toplayan Aydan  |     17:08 Ən çox bu çimərliklərdə boğulma təhlükəsi var - Ekspert açıqladı (Video)  |     17:02 "Çox dərs oxumurdum" - 400 bal toplayan Paşa  |     16:57 Smartfonla bağlı bu vərdiş gənclərdə də yaddaşı zəiflədə bilər - Alimlərdən xəbərdarlıq  |     16:49 Günəş kremi icad edilməzdən əvvəl insanlar necə qorunurdu?  |     16:44 Azan səsinə görə təyyarə təcili eniş etdi  |     16:35 Polis qanunsuz saxlanılan 14 tüfəng aşkarladı  |     16:30 Türkiyə ermənilərin gömrük prosesini asanlaşdırdı  |     16:30 Sabah Bakıda 38° isti olacaq, bəzi rayonlara dolu düşəcək  |     16:22 Polis cinayət törətməkdə şübhəli bilinən 50 nəfəri saxladı  |     16:15 Bakıda azyaşlı bacı-qardaş itkin düşdü  |     16:09 Xırdalanda yaşayış binasında yanğın olub  |    
Left Banner
Right Banner

Çernobıla hamı səfər edə biləcək: Bütün qadağalar ləğv edilir

11.07.2019 20:51 1 713
Çernobıla hamı səfər edə biləcək: Bütün qadağalar ləğv edilir
Ukrayna prezidenti Vladimir Zelenski Çernobılı turistlər üçün açıq zona etmək qərarına gəlib. Dövlət başçısı yaşıl dəhliz yaradılması barədə sərəncam imzalayıb.

Sərəncama əsasən, bölgədəki bütün adağalar ləğv edilir.

Çernobıl Atom Elektrik Stansiyasındakı qəzadan 33 ildən çox vaxt keçir. Son illər bölgədə kiçik dəstələrlə turistlər görünməyə başlayıb. Ukrayna prezidentinin sərəncamından sonra böyük axın gözlənilir.

Zelenski özü stansiyaya gedib. Turistlər üçün yaşıl zona yaradılması ilə bağlı problem olmadığı qənaətinə gəlib. Buna qədər stansiyanın fotolarını çəkmək yasaq idi. Zelenski bütün qadağaları aradan qaldırıb.

Kiyevdən Çernobıla turist avtobusları 1,5 saata aparır. Hər gün yüzlərlə adam ora yola düşür. Əcnəbilərə Çernobıl zonasına getmək təxminən 100-150 dollara başa gəlir. Ukraynalılar uzağı 40-50 dollarından keçməlidir.

Şərtlər belədir ki, turistin yaşı 18-dən yuxarı olmalıdır. Geyimlərin qapalı olması tələb edilir. Şəxsi əşyaları torpağın üzərinə qoymaq olmaz. Nəsə yemək, qida baxımından nəsə toplamaq qadağandır. Ukrayna qanunvericiliyinə görə, Çernobıldan hətta moruq yığıb gətirmək cinayət məsuliyyəti daşıyır. Çünki bu, radioaktiv maddələrin daşınması anlamına gəlir.

Çernobılda qalmaq imkanları da var. Orada hətta otel, kafe də inşa edilib. Mütəxəssislər deyir ki, bütün qaydalara əməl olunsa, Çernobıla səfər təhlükəsizdir. Buna baxmayaraq, yenə də dünyada qəza zonasına gəlmək istəyən, amma radiasiyadan çəkinən milyonlarla insan var. Unutmayaq ki, oradakı Pripyat şəhərində 24 min il yaşamaq imkanı olmadığı bildirilir. İndi bu şəhərin küçələrində canavarlar dolaşır. Vəhşi heyvanlar qida üçün oranı münbit yer sayır.скачать dle 11.3
Mojo.az Banner