Mojo.az Banner
23:01 Yuxuya getməyi asanlaşdıran 7 qida  |     22:55 Türkiyədə də uşaqlara sosial şəbəkələrdən istifadə qadağan edilir  |     22:46 Oktyabrda bu 4 bürcü maaş artımı gözləyə bilər  |     22:41 Azərbaycanda bu maşınların qiyməti kəskin bahalaşdı  |     22:34 Bakının milyonluq mənzilləri: Qiymətlər niyə bu qədər bahadır?  |     22:29 Telefonların enerjisi gecə niyə azalır?  |     22:22 Ronaldo millidən kənarlaşdırıldı  |     22:14 Rusiya gürcülərə də qadağa tətbiq etdi  |     22:09 Türkiyədə siqaret satışında şəxsiyyət vəsiqəsi tələb olunacaq  |     22:01 Bazar gününə olan hava proqnozu  |     21:39 "Zevs"in qardaşı məhkəmə zalından azadlığa buraxıldı  |     21:38 Cəbrayılda minaya düşən ata və oğul Bakıya gətirildi - Açıqlama  |     21:37 İsmayıllıda ev və köməkçi tikili yanıb  |     21:35 İnşaatçılar küçəsindəki evindən meyiti tapıldı  |     21:33 Deniz Akkaya 7 ay 15 gün müddətinə həbs edildi  |     21:30 Bakının mərkəzi prospektində güclü yanğın baş verib (Yenilənib)  |     19:10 Səudiyyə Ərəbistanında üç aeroportun fəaliyyəti dayandırıldı  |     18:48 Qarabağ Universitetinin müəllimi hakim təyin olundu  |     18:38 Salyanda avtomobil qatarla toqquşdu, sürücü son anda xilas oldu  |     18:29 Ötən gün 29 kiloqrama yaxın narkotik dövriyyədən çıxarılıb  |    
Mojo.az Avto
Mojo.az Avto

Bakıda qeyri-adi yırtıcı heyvan tapılıb – Foto

09.07.2019 17:15 13 769
Bakıda qeyri-adi yırtıcı heyvan tapılıb – Foto
Maştağa sakinləri qəsəbənin Ləiş bağları ərazisində qeyri-adi heyvan tutublar.

Bu barədə Axar.az-a qəsəbə sakinləri məlumat verib. Bədən hissəsi yarasaya oxşayan tünd qəhvəyi rəngli heyvanı sakinlər bir neçə gün izləyəndən sonra tuta biliblər. Sakinlərin sözlərinə görə, qeyri-adi heyvanın çəkisi təxminən 40-45 kiloqrama qədərdir.

Sakinlər bir neçə gün qəsəbədə qoyunların yoxa çıxmasından narahat olub. Əvvəlcə qoyunların oğurlandığını fikirləşən sakinlər daha sonra gecə boyunca yatmayaraq heyvanları izləyiblər. Nəticədə belə bir heyvanın qoyunları oğurladığının şahidi olublar. Sakinlər heyvanı qovmaq üçün onun üstünə itləri açıb buraxsa da, itlər ona yaxınlaşa bilməyib.


Bu səbəbdən sakinlər özləri qeyri-adi heyvanı zərərsizləşdirməyə çalışıb. Sakinlərə hücum etdiyindən onu öldürmək məcburiyyətində qalıblar.

Sakinlər bildirir ki, heyvan qəribə səslər çıxarıb, ona hücum edən itlərin üstünə ilan kimi fısıldayıb:

“İtlər çıxardığı səsə görə ona yaxınlaşa bilmədi. Tükürpədici səslər çıxarır. Ulayırdı sanki. Birinci elə bildik, yarasadı. Ancaq bu qədər böyük yarasa olmur və burada da belə heyvan görməmişik heç vaxt. Üzü də yarasaya oxşamır”.скачать dle 11.3
Mojo.az Banner