Mojo.az Banner
SON DƏQİQƏ
23:01 Ronaldo yeni biznesə qoşulur  |     22:55 Pensiyalar bu tarixdə arta bilər  |     22:47 Marketdən su alanların nəzərinə: etiketdəki bu detallara baxın  |     22:42 Dəmir yolu ilə daşımalar artır: Məhsullar ucuzlaşacaq?  |     22:34 Azərbaycan məktəbli geyimi ilə bağlı qərarında Avropaya nümunə göstərilir  |     22:29 Reseptsiz dərman satışı ilə bağlı qanunsuzluq aşkarlanan apteklərin sayı açıqlandı  |     22:24 Kosmetoloq kürəkdəki səpgilərdən qurtulmağın yollarını açıqladı  |     22:15 Bakıda yeni söküntü başlayır: Kompensasiya veriləcək (VİDEO)  |     22:10 Sabah yollarda görünüş məsafəsi azalacaq  |     22:03 Ödənişli yollar effektlidirmi?  |     21:55 Fiziklər termonüvə enerjisinə aparan "qısa yol" tapdı  |     21:50 Azərbaycanda maaşlarla bağlı yeni proqnoz - 1300 manata çatacaq  |     21:42 Ötən gün itkin düşmüş 8 nəfər tapılıb  |     21:37 İstanbulda yağış 5 nəfərin həyatına son qoydu  |     21:30 Bazar günü hava necə olacaq?  |     21:15 İranın Hörmüz boğazı yaxınlığında partlayış səsləri eşidildi  |     20:53 Gəncədə teatrın mühafizəçisi bıçaqlandı: 15 yaşlı oğlan saxlanıldı  |     20:39 Xırdalanda bədbəxt hadisə: 20 yaşlı gənc beşinci mərtəbədən yıxılaraq öldü - Foto  |     20:32 "Star Trek" serialının ulduzu Maykl Forest vəfat etdi  |     20:00 Pakistan-Əfqanıstan sərhədində toqquşma olub, ölənlər var  |    
Mojo.az Avto
Mojo.az Avto

Mütəxəssis açıqladı - Hansı meyvələri hansı saatlarda yemək lazımdır?

09.07.2019 12:42 2 513
Mütəxəssis açıqladı - Hansı meyvələri hansı saatlarda yemək lazımdır?
Sağlam qidalanmaq üzrə türkiyəli həkim Fevzi Özgönül meyvələrin faydalı təsir gösgtəridiyi saatları açıqlayıb.

Median.Az
publika.az-a istinadən xəbər verir ki, bədən ağlı ilə arıqlamaq modelini təklif edən məşhur həkim bir çox meyvələri səhər yeməyində istifadə etməyi məsləhət görüb.

Tut

Tut əsl vitamin deposu hesab olunur, səhər yeməyi üçün əlverilişdir, lakin artıq çəki problemi yaşayanlara az miqdar yeməyi tövsiyə edirəm.

Şaftalı

Yazın ən şirin meyvələrindən biridir. Əgər çəki probleminiz varsa, bir müddət uzaq durun. Meyvə kimi axşamüstü qatıqla qarışdırıb, təbii yoqurt hazırlayaraq yemək daha faydalıdır.

Qovun

Qovun da qarpız kimi çətin gec həzm olunur. Eyni zamanda, çox şirin bir meyvə olduğu üçün çox yeməyi məsləhət görmürəm. Yaz aylarında axşam yeməklərində az miqdarda şirniyyat yerinə yerinə yemək olar. Xüsusilə dondurma sektorunda çox istifadə edilir. Axşam üstü sərinləmək üçün qatıqla da yemək olar.

Alça

Şirin və turş növləri var. Şirin alçanın dadında şəkər hiss edilməsə də, çox yemək olmaz. Ən azından artıq çəkilərdən xilas olana qədər. Günorta saatlarında yeyilməsi daha faydalıdır, axşamlar köp yaradır.

Üzüm

Üzüm şəkəri çox yüksək olan meyvədir. Bu baxımdan gün batana qədər, xüsusilə səhər yeməyində yemək məsləhətdir. Axşamlar isə yenə qatıqla qarışdırıb yeyə bilərsiniz.

Qarpız

Çox sulu bir meyvə olduğu halda, zənn edildiyinin əksinə olaraq həzmi çox çətindir. İsti yay aylarında günəşin altında tərkibindəki suyu qorumaq üçün çox möhkəm quruluşa malikdir. Odur ki, gecə yeyiləndə şişkinlik və yuxu pozğunluğuna gətirib çıxarır. Səhər yeməyi və ya naharda qarpız-pendir yemək üçün ideal saatlardır.

Çiyələk, moruq, böyürtkən

Ən sevilən yaz bəhərlərindəndir. Lakin çəki probleminiz varsa, şəkəri yüksək olduğundan günorta və ya axşam hava qaralana qədər qatıq ilə birlikdə yemək daha xeyirdir.

Qaysı

Həm meyvəsi, həm də çəyirdəyi qiymətlidir. Acı çəyirdəyi dərman sənayesində, şirin çəyirdəyi isə həm çərəz olaraq, həm də qənnadı məhsullarında istifadə edilir. Qəbizliyə yaxşı təsir edir. Yenə səhər yeməyi üçün əlverişlidir, axşam isə qatıq ilə birgə istifadəni təklif edirəm.скачать dle 11.3

Son xəbərlər