Mojo.az Banner
12:34 Mingəçevirdə bədbəxt hadisə: 52 yaşlı kişi öldü  |     23:01 Bakı bulvarı bu dəfə çaysevərləri bir araya gətirəcək  |     22:56 Oktyabrın 10-11-i ilə bağlı ciddi xəbərdarlıq  |     22:50 Bu bürclərin həyatı TAMAMİLƏ DƏYİŞİR - Elə şeylər olacaq ki...  |     22:45 iPhone sevənlərə PİS XƏBƏR  |     22:39 Avropa çempionatı: Qadın boksçumuz finalda  |     22:31 Ağcabədi sakini Bakıda üzərində "Makarov" tapançası ilə saxlanıldı  |     22:26 "Naxçıvan" "Sumqayıt"ı məğlub etdi  |     22:21 Tovuzda yaşayış binasını ildırım vurdu - Xəsarət alan var  |     22:12 "Flydubai" pilotu 11 sentyabr terrorunu təkrar etmək istəyib  |     22:07 Masazırda avtomobil yandı  |     21:59 İnterpol Ermənistanda əməliyyat keçirdi - Qarabağ müharibəsi ilə bağlı silahlar götürüldü  |     21:54 Qubada kişi otbiçən mişarla qadına hücum edib - Təfərrüat  |     21:46 Ramzan Kadrov qızını Çeçenistanın ən yüksək ordeni ilə təltif etdi  |     21:41 Mingəçevirdə 44 yaşlı kişi bıçaqlandı  |     21:27 Naxçıvanda suyun verilişində fasilə yaranacaq  |     21:19 Süni intellekt artıq hüquqlara malikdir: Təhqir qadağan edildi  |     21:13 Super El-Nino yarım milyona yaxın insanın ölümünə səbəb ola bilər  |     21:08 AZAL-ın Moskva reysləri təxirə salındı: Təyyarələrdən biri məcburi eniş etdi  |     21:05 "Bigo Live"da qadını və ailəsini təhqir etdi -15 gün həbs olundu  |    
Mojo.az Avto
Mojo.az Avto

Meyvə və tərəvəzlərin qabığı da faydalıdır

31.07.2021 23:01 1 332
Meyvə və tərəvəzlərin qabığı da faydalıdır
Araşdırmalara görə, meyvə və tərəvəzlərrin qabığında ləti ilə müqayisədə daha çox lif və vitaminlər var. Məsələn, sitrus meyvələrinin qabığı C vitamini, lif və antioksidantlarla zəngindir.

Həkim-fitoterapevt Fizulu Hüseynov deyib: "Badımcan, qabağ və kartofun qabığında daha çox faydalı maddələr var. Kivi və bananın qabığından istifadə olunmasa da, həmin meyvələrin qabığı daha zəngin ehtiyatlara malikdir. Ona görə də onların qəbulu üçün başqa üsullardan istifadə etmək olar. Həmin məhsulların qabığını sürtgəcdən və ya ət maşınından keçirərək qatıq və süd məhsullarına qatıb qəbul etmək lazımdır".

Həkim-fitoterapevt həmin məhsulların qəbul edilməsi barədə danışarkən deyib: "Meyvə və tərəvəzləri qabıqlı şəkildə yemək bir çox xəstəliklərin müalicəsində faydalı təsir göstərir. Nar qabığını ətçəkən maşında çəkib yemək həm qanın artmasına, bağırsaqlarda olan mikrob və parazitlərin qarşısını almağa kömək edir. Narın pərdəsini çay kimi dəmləyib içmək də olar".

Həkimlər tərəvəzləri günün istənilən saatında, meyvələri isə günün birinci yarısında yeməyi məsləhət görürlər.скачать dle 11.3
Mojo.az Banner