Mojo.az Banner
SON DƏQİQƏ
15:14 Ramiz Mehdiyevin hansı təltifləri alınacaq? - Siyahı  |     15:05 Ötən gün cinayət törətməkdə şübhəli bilinən 35 nəfər saxlanılıb  |     14:42 Biləsuvarda dəhşətli qəza: İki ölü, üç yaralı var  |     14:31 Füzuli şəhərinə 9 ayda 125 milyon manata yaxın investisiya yatırılıb  |     14:14 Gənc oğlan binadan yıxılıb öldü  |     14:02 Azərbaycanda 4 gün ardıcıl iş olmayacaq  |     14:01 İsmayıllıda ölümlə nəticələnən qəzanın səbəbi açıqlandı  |     13:36 Azərbaycan nefti ucuzlaşdı: Son qiymət  |     13:33 Bakıda turistə təbii kürü adı ilə süni məhsul satılıb? - Video  |     12:57 Bakıda bir yolda hərəkət tam məhdudlaşdırıldı  |     22:43 Azərbaycanın iki boksçusu dünya çempionatına qələbə ilə start verdi  |     22:33 İşaxtaranlar niyə iş tapmaqda çətinlik çəkirlər? - "Hamı hazır kadr əldə etmək istəyir" - Video  |     21:39 Ötən ay 52 nəfər Azərbaycana readmissiya edilib  |     21:25 Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb - SƏBƏBLƏR  |     21:16 Rusiya ordusu bu yerləri ələ keçirdi - Putinə məruzə edildi  |     21:03 Bakıda 218 nömrəli yeni marşrut xətti istifadəyə verilir  |     20:50 Minimum əməkhaqqı artacaq? - Video  |     20:33 Beynəlxalq Qızıl Xaç Komitəsi Ermənistanda saxlanılan Nəsimi Musayevlə bağlı açıqlama verib  |     20:25 Prezidentin sosial şəbəkə hesablarında Vətən müharibəsi ilə bağlı videoçarx paylaşılıb  |     20:03 Türk dünyasından Azərbaycana növbəti dəstək  |    
Mojo.az Avto
Mojo.az Avto

Səhər yeməyində hansı qidalara üstünlük verilməlidir?

04.02.2025 12:23 1 653
Səhər yeməyində hansı qidalara üstünlük verilməlidir?
"Dolğun nahar edə bilməyən insanlar üçün səhər yeməyi son dərəcə vacibdir".

Median.Az
Life.ru-ya istinadla xəbər verir ki, bunu qastroenteroloq, tibb elmləri namizədi Yekaterina Kaşux deyib.

O bildirib ki, diyetelogiyada rasional qidalanmanın ümumi prinsiplərinə əsasən, gün ərzində dörd dəfə yemək lazımdır:

"Yeməklər arasında fasilə 4-5 saat təşkil etməlidir. Sutkalıq kalori miqdarını isə aşağıdakı kimi bölüşdürmək tövsiyə olunur: 25 faizini səhər, 20 faizini ikinci səhər və qalan 35 və 20 faizini isə müvafiq olaraq, nahar və axşam yeməyində yemək".

Y.Kaşux bu balansın öz çəkisinə diqqət yetirənlər üçün vacib olduğunu vurğulayıb:

"Səhər yeməyini buraxsaq və ya qəhvə içib buterbrodla kifayətlənsək, o zaman nahara yaxın aclıq hissi güclənəcək".

Y.Kaşux izah edib ki, istənilən yemək balanslaşdırılmış olmalıdır və kifayət qədər zülalları, mürəkkəb karbohidratları və faydalı yağları ehtiva etməlidir, ona görə də, səhər yeməyi üçün qarışıqsız dənli bitkilərdən düzəldilmiş sıyığa, omletə, pendirə, qayğanağa və kəsmiyə üstünlük vermək olar:

"Heyvan zülallarının həzm edilməsi daha uzun çəkir, buna görə də, həzm sistemini həddən artıq yükləməmək üçün günün birinci yarısında balıq və ət yeməyin mənası var, səhərdən isə şəkər və duz məhdudlaşdırılmalıdır".скачать dle 11.3

Son xəbərlər