Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
22:15 Daşkənddə Azərbaycan-Çexiya əlaqələrinin genişləndirilməsi müzakirə edilib | 22:01 Beynəlxalq axtarışda olan şəxs Albaniyada tutularaq Azərbaycana ekstradisiya edilib | 20:28 Dayəsi tərəfindən döyülərək öldürüldüyü iddia olunan körpənin görüntüsü - Video | 20:07 Azərbaycan cüdoçuları "Böyük Dəbilqə"də iki qızıl medal qazanıb | 20:01 Zaur Rzayev vəfat etdi | 19:43 Qeyri-etik davranışlarına görə daha bir tiktoker cəzalandırıldı | 19:41 Məşq zamanı vəfat edən Rəsulun fotosu | 19:24 Əli Əsədov Gürcüstana işgüzar səfər edib | 19:21 Taksi sürücüləri üçün vacib xəbər - Tarix açıqlandı | 18:43 Ceyranbatanda məktəbdə nə baş verib? - AQTA-dan reaksiya | 18:05 Xocalıda icazəsiz at çapanlar cərimələndilər | 17:59 Azərbaycan Kubokunda 1/8 finalın bütün cütlükləri bəlli olub | 17:40 İlham Əliyev İspaniya kralına başsağlığı verdi | 17:27 Qadınların kişilərdən az maaş almasının səbəbi budur - AÇIQLAMA | 17:14 Bakıda supermarketdə 100 minlik fırıldaq - Müdir çipsilərə görə həbs edildi | 17:11 Kredit götürənlər və əmanət sahibləri diqqət! Mərkəzi Bankın qərarı nəyi dəyişəcək? | 17:07 Siyəzəndə ünvanlı sosial yardıma görə dava: Qayınata kürəkənini döydü | 17:05 Deputat: Məktəblərdə tərbiyə məsələsi arxa planda qalıb | 17:03 Ceyranbatanda məktəbdə 10 şagird zəhərləndi | 16:49 "Zapı" ilə avtoxuliqanlıq edən şəxs həbs olundu |
Mojo.az Avto
Mojo.az Avto

Mariya Zaxarovadan Qarabağ AÇIQLAMASI

04.07.2019 20:16 1 925
Mariya Zaxarovadan Qarabağ AÇIQLAMASI
Rusiya diplomatlarının məlum görüşdə "Ermənistan-Artsax strateji ittifaqı"nın nümayəndələrinin iştirakından əvvəlcədən xəbəri olmayıb.

Median.Az
APA-ya istinadən xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə Rusiyanın Ermənistandakı səfiri Sergey Kopirkinin "Ermənistan-Artsax strateji ittifaqı"nın nümayəndələri ilə görüşünə münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, həmin görüş Ermənistanın "Daşnaksütun" partiyasının rəhbərliyi ilə olub: "Bu səfirin ölkənin ictimai-siyasi qüvvələri ilə görüşləri çərçivəsində baş tutan sıradan görüşlərindən biridir. Bir daha qeyd edirəm ki, bu səfiri birbaşa səlahiyyətinə daxil olan məsələdir. Təsdiqləyə bilərəm ki, bu görüş Ermənistan tərəfinin təşəbbüsü ilə olub. Görüşdə geniş spektorlu məsələlərə toxunulub. Dağlıq Qarabağ münaqişəsi mövzusu da müzakirə olunub. Baxmayaraq ki, bu məsələ əsas müzakirə mövzusu olmayıb".

M. Zaxarova qeyd edib ki, rusiyalı diplomatlar həmin görüşə siyasi partiya rəhbərliyi ilə "Ermənistan-Artsax strateji ittifaqı"nın nümayəndələrinin gələcəyi barədə məlumatlandırılmayıb: "Biz qonaqpərvər və nəzakətli insanlarıq. Ona görə də, bu təmas, bu görüş mətbuatda yazıldığı kimi siyasi tərkibə malik deyil. Rusiyanın Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı mövqeyi dəyişməyib və dəyişə bilməz. Bu mövqe Moskvada dövlət rəhbərliyi tərəfindən səsləndirilib, habelə səfirlər və diplomatlarımız tərəfindən təsdiqlənib. Bildiyiniz kimi, bu mövqe hər zaman ölçülü və balanslaşdırılmış xarakterizə olunub”.

Rusiya XİN sözçüsü vurğulayıb ki, bu mövzu Azərbaycanın media məkanında da suallar oyadıb: “Biz Azərbaycandan olan tərəfdaşlarımızı da bu əsasda məlumatlandırmışıq”.

Son xəbərlər