Mojo.az Banner
13:48 Valideynlər üçün “WhatsApp”da yeni imkan yaradıldı  |     13:32 Məktəbli forması bəzi direktorlar üçün əlavə biznesə çevrilib - 3 manata geyim keyfiyyətli ola bilər?  |     13:23 Ağsuda 141 baş xırdabuynuzlu heyvan oğurlayan şəxs saxlanılıb  |     13:04 Universitetlərə qəbul olanların NƏZƏRİNƏ: Qeydiyyat başlayır  |     12:38 Xaçmazda kompüter zalından qayıdan 17 yaşlı tələbə həyatını itirdi  |     12:27 Əlverişsiz hava şəraiti ilə bağlı XƏBƏRDARLIQ  |     12:00 "Qarabağ"a keçidi gözlənilən vingerin transferinin DETALLARI (FOTO)  |     11:58 UEFA Çempionlar Liqasında püşkatma: "Sabah"ın rəqibləri bəlli olur  |     11:56 Azərbaycan nefti ucuzlaşıb  |     11:50 Ermənistanın sabiq prezidenti Koçaryanın həbs müddəti bilindi (Yenilənib)  |     11:47 "Meta" məhkəməni uduzdu: ABŞ ştatlarına 17 milyard dollara yaxın ödəniş edəcək  |     11:46 "WhatsApp"da böyük DƏYİŞİKLİK: Hesabların sındırılması çətinləşəcək  |     11:43 Bakıda DƏHŞƏT: Ətdən boğulan kişi boğazını deşdi, qanaxmadan öldü - YENİLƏNİB  |     11:41 Bakıda özəl parkinqlərin qiymətləri "cib yandırır" - Sürücülər NARAZIDIRLAR - VİDEO  |     11:24 Mingəçevir su anbarında balıqçı itkin düşüb  |     11:19 Nigar Fərhad SAXLANILDI - VİDEO  |     11:12 Bəzi rayonlara leysan yağıb, külək güclənib - FAKTİKİ HAVA  |     23:02 11 məşhur avtomobil modelinin istehsalı dayandırılır  |     22:57 Bakıda dəhşətli qətl törədildi  |     22:49 Gəncədə qazi 36 yaşında vəfat etdi  |    
Left Banner
Right Banner

Müddətdən artıq həqiqi hərbi xidmət keçmək istəyənlərə müraciət edildi

01.07.2019 21:24 1 911
Müddətdən artıq həqiqi hərbi xidmət keçmək istəyənlərə müraciət edildi
Müdafiə Nazirliyi müddətdən artıq həqiqi hərbi xidmət keçmək istəyənlərə müraciət edib.

Nazirlikdən verilən məlumata görə, Azərbaycan Ordusunda müddətdən artıq həqiqi hərbi xidmətə könüllü daxil olmaq arzusunda olan, ən azı ümumi orta təhsilli, qanunla müəyyənləşdirilmiş müddətli həqiqi hərbi xidmətini başa vurub, 28 yaşınadək hərbi vəzifəlilər avqustun 1-dən 20-dək müvafiq sənədlərlə birliklərin, qoşun növlərinin və hərbi hissələrin qərargahlarında fəaliyyət göstərən qəbul komissiyalarına müraciət edə bilərlər.

“Müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularının hazırlığı kursu”na qəbul olunmaq üçün müraciət etmiş vətəndaşlar qəbul komissiyaları tərəfindən hərbi xidmətə yararlılıq dərəcələrinin müəyyən edilməsi məqsədi ilə Müdafiə Nazirliyinin tibb müəssisələrinə göndərilir. Hərbi Həkim Komissiyalarının qərarına əsasən hərbi xidmətə yararlı hesab edilmiş şəxslər qəbul imtahanlarına buraxılırlar.

Fiziki hazırlığı, ümumi bilik səviyyəsi, düşünmə qabiliyyəti, peşə maraqları, ünsiyyət qurmaq, liderlik və qərar qəbuletmə bacarıqları, həmçinin fərdi-psixoloji və digər keyfiyyətlərinin öyrənilməsi məqsədilə keçirilən imtahanları müvəffəqiyyətlə vermiş namizədlər kursa qəbul edilirlər.

Kursu müvəffəqiyyətlə başa vuran şəxslərlə 3 (üç) il müddətinə bağlaşma imzalanır və onlar ixtisaslarına uyğun müvafiq vəzifələrə təyin olunurlar.

Namizədlər qəbul komissiyalarına müraciət edərkən aşağıdakı sənədləri təqdim etməlidirlər:

- kursa qəbul olunmaq barədə ərizə (qəbul komissiyasının sədrinə);
- şəxsən yazılmış tərcümeyi-hal, əlyazma ilə 1 nüsxədə, çap variantı 2 nüsxədə;
- xidmət (iş və ya təhsil) yerindən xasiyyətnamə;
- təhsil haqqında sənədin notarial qaydada təsdiq edilmiş surəti - 2 nüsxədə;
- doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surəti - 2 nüsxədə;
- şəxsiyyət vəsiqəsinin notarial qaydada təsdiq edilmiş surəti - 2 nüsxədə;
- nikah haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surəti (evli olduqda) - 2 nüsxədə;
- uşaqların doğum haqqında şəhadətnamələrinin notarial qaydada təsdiq edilmiş surətləri (uşaq olduqda) - 2 nüsxədə;
- evlər idarəsindən və ya yerli icra hakimiyyəti orqanlarından ailə tərkibi və yaşayış yeri haqqında arayış - 2 nüsxədə;
- 4 ədəd rəngli fotoşəkil (baş geyimsiz, anfas, 2 ədəd 3x4 sm və 2 ədəd 4,5x6 sm ölçüdə);
- qeydiyyatda olduğu poliklinikadan (dəri-zöhrəvi, vərəm, ruhi-əsəb, narkoloji və son 5 (beş) ildə infeksion xəstəliklərlə bağlı müraciət edib-etməməsi barədə) arayış;
- hərbi biletin bütün vərəqlərinin surəti (notarial qaydada təsdiq olunmuş) - 2 nüsxədə;
- məhkumluğun olmaması barədə qeydiyyatda olduğu rayon Polis İdarəsi (şöbə, bölmə) tərəfindən verilmiş arayış.

Müraciət etmə yeri: Birliklərin, qoşun növlərinin və hərbi hissələrin qərargahlarında fəaliyyət göstərən qəbul komissiyaları.

Müraciət etmə vaxtı: 2019-cu il avqustun 1-dən 20-dək, hər gün (bazar günləri istisna olmaqla) saat 09.00-dan 18.00-dək.

Müdafiə Nazirliyi müddətdən artıq həqiqi hərbi xidmətdən “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndinə (xidməti uyğunsuzluğa görə) müvafiq olaraq ehtiyata buraxılmış hərbi qulluqçuların və məhkumluğunun ödənilməsindən asılı olmayaraq məhkum olunmuş hərbi vəzifəlilərin kursa qəbul üçün müraciət etməmələrini xahiş edir.//Baku.wsскачать dle 11.3
Mojo.az Banner