Mojo.az Banner
14:25 Masazırda 4 maşın yandı  |     14:13 Bəzi rayonlara qar yağıb - FAKTİKİ HAVA  |     14:12 Azərbaycan-Gürcüstan sərhədinin delimitasiyası və demarkasiyası üzrə Dövlət Komissiyasının yeni tərkibi təsdiqləndi  |     14:11 Azərbaycan nefti ucuzlaşdı  |     14:09 Bakıda it sahibi tərəfindən döyüldü - Video  |     14:01 Ov mövsümü başladı  |     13:51 Naxçıvanda məşhur kafedə dava: Barmen pivə bakalını müştərinin başına çırpdı  |     13:48 Elektromobillər su maneələrini niyə ənənəvi avtomobillərdən daha yaxşı keçir? - Ekspert rəyi  |     13:47 İstanbulda 150 milyon lirəlik mərc şəbəkəsi ifşa olundu  |     13:43 Avropa İttifaqı Azərbaycanın Ukraynaya humanitar yardımını yüksək qiymətləndirib  |     13:18 Azərbaycanda LGBT-nin fəaliyyəti qadağan edilir  |     13:08 Qadını şantaj edən gənc həbs olundu  |     12:34 Mingəçevirdə bədbəxt hadisə: 52 yaşlı kişi öldü  |     23:01 Bakı bulvarı bu dəfə çaysevərləri bir araya gətirəcək  |     22:56 Oktyabrın 10-11-i ilə bağlı ciddi xəbərdarlıq  |     22:50 Bu bürclərin həyatı TAMAMİLƏ DƏYİŞİR - Elə şeylər olacaq ki...  |     22:45 iPhone sevənlərə PİS XƏBƏR  |     22:39 Avropa çempionatı: Qadın boksçumuz finalda  |     22:31 Ağcabədi sakini Bakıda üzərində "Makarov" tapançası ilə saxlanıldı  |     22:26 "Naxçıvan" "Sumqayıt"ı məğlub etdi  |    
Mojo.az Avto
Mojo.az Avto

Qız internetdə tanış olduğu oğlanı stula bağladı və ... - BAKIDA FİLM KİMİ OLAY

28.06.2019 13:57 3 264
Qız internetdə tanış olduğu oğlanı stula bağladı və ... - BAKIDA FİLM KİMİ OLAY
İnternetdə tanış olduğu oğlana qarşı quldurluqda və hədə-qorxu ilə tələbetmədə təqsirləndirilən Maya Qasımova və onun tanışları Orxan Hüseynov, İsrafil Kərimov, Elçin Osmanov və Seyidsara Heydərovanın məhkəməsi başa çatıb.

Median.Az
"Bakupost”a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Fikrət Qəribovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə görə, M. Qasımova 10 il 6 ay, O. Hüseynov, İ. Kərimov, E. Osmanov 11 il, S. Heydərova isə 1 il 6 ay müddətinə azadlıqdan məhrum olunub.

Qeyd edək ki, ötən il yanvarın 25-də Yasamal rayon Polis idarəsi 27-ci polis bölməsi əməkdaşlarının əməliyyat-axtarış tədbirləri nəticəsində həmin gün axşam rayon ərazisindəki mənzillərdən birində Muxtar Məmmədovun əl-ayağını yapışqanlı lentlə stula bağlayaraq döyüb.

Cibindəki 150 manatı və mobil telefonu götürməkdə təqsirli bilinən dəstə üzvlərindən Orxan Hüseynov "isti izlər”lə saxlanılıb, digərlərinin isə şəxsiyyətləri müəyyən edilib.

Daha sonra dəstənin digər üzvləri - M.Qasımova, İ.Kərimov, E.Osmanov və Şabran rayon sakini S.Heydərova da saxlanılaraq istintaqa cəlb ediliblər.

Araşdırmalarla məlum olub ki, Bakı şəhər sakini M.Məmmədov internet vasitəsilə tanış olduğu Maya adlı qadınla saat 21 radələrində həmin evə gəlib.

Bundan təxminən 30 dəqiqə sonra mənzilə daxil olan üç maskalı şəxs Muxtarın əllərini və ayaqlarını yapışqanlı lentlə stula bağlayaraq döyüb, cibindəki 150 manatı və mobil telefonu götürərək Maya ilə birlikdə mənzilin qapısını arxadan bağlayıb gediblər.

M.Məmmədov yapışqanlı lent sarğılarını açaraq eyvana çıxıb və ətrafdakıları köməyə çağırıb.

Polis əməkdaşları əməliyyat-axtarış tədbirlərinə başlayıb, quldurluğu törətməkdə şübhəli bilinən 4 nəfərin şəxsiyyəti qısa zamanda müəyyən edilib.

скачать dle 11.3
Mojo.az Banner