Mojo.az Banner
20:42 Tramp: "Ərdoğana böyük hörmət bəsləyirəm"  |     19:29 Gömrük nəzarətindən gizlədilən külli miqdarda dərman vasitələri aşkar edilib  |     19:18 Sibiqa Mirzoyanı Ukraynaya səfərə dəvət edib  |     18:48 Zelenski: Kiyevə raket hücumu barədə xəbərdarlıq almadıq  |     18:38 Qanunsuz silahlı birləşmələrə qoşulmaqda ittiham olunanlara hökm oxundu  |     18:29 QMİ sədri: Bəzi insanlardan dövlətə qarşı istifadə etmək istəyənlər var  |     18:18 TikTok-da yeni funksiya  |     18:08 Evin qiymətini özbaşına artıran "makler"ləri hansı cəza gözləyir?  |     17:58 Qaradağda məktəb direktorunun avtomobilini yandıran şəxs həbs edildi  |     17:48 Şavkat Mirziyoyev sabah Azərbaycana gələcək  |     17:40 Tacikistanda zəlzələ oldu  |     17:32 Zakir Həsənov Kambocanın Baş naziri ilə görüşüb  |     17:18 Allahşükür Paşazadə: Vahid məktəbli forması məsələsində hicab qadağası yoxdur  |     17:04 Məktəbdə yanğın törətməyə cəhddə şübhəli bilinən 6 nəfər saxlanıldı - FOTO  |     16:59 65 mindən çox uşaq vaksinasiya olunub  |     16:52 Ermənistanda saxlanılan hərbçimizin heç kimə zərər vermək niyyəti olmayıb  |     16:48 AFFA "Neftçi"ni 5000 manat cərimələdi  |     16:41 Dünyada hər 7 nəfərdən birində psixi problem var  |     16:36 Dəhşətli qəzadan əvvəl dəfələrlə video paylaşıbmışlar  |     16:30 Cinayətdə şübhəli bilinən 40 nəfər saxlanıldı  |    
Mojo.az Avto
Mojo.az Avto

Gürcüstandakı hadisələr azərbaycanlı turistlərin səfərinə təsir edib?

27.06.2019 22:20 1 461
Gürcüstandakı hadisələr azərbaycanlı turistlərin səfərinə təsir edib?
Gürcüstanda gedən siyasi proseslər fonunda Azərbaycandan həmin ölkəyə istirahətə gedənlərin statistikasında dəyişiklik yoxdur.

Median.Az
-ın oxu.az-a istinadən məlumatına görə, bunu Azərbaycan Turizm Bürosunun baş icraçı direktoru Florian Zenqstşmid deyib.

O bildirib ki, azərbaycanlı turistlərin ən çox üz tutduğu ölkə Gürcüstandır:

“Əcnəbi turistləri ölkəmizə cəlb etməklə yanaşı, yerli turistlərin də bölgələrimizdə istirahət etməsini istərdik. Bunun üçün də regionlarımızda turizmi inkişaf etdirməyə çalışırıq”.

Baş icraçı direktor Rusiyadan Azərbaycana gələn turistlərdən də danışıb. O qeyd edib ki, Gürcüstandakı vəziyyətdən istifadə etməklə Rusiya turistlərini ölkəmizə çəkə bilərik:

“Bunun üçün müxtəlif kampaniyalar keçirməyi düşünürük. Məsələn, Bakı səfərləri, işgüzar görüşlər, konfranslar və şərab marşrutları”.

F.Zenqstşmid ilin sonuna qədər Azərbaycana gələn rusiyalı turistlərin sayının artacağına ümidvar olduğunu deyib:

“Rusiyalı turist Batumidə istirahət planlaşdırıbsa, bu o demək deyil ki, o, Gürcüstan əvəzinə Azərbaycana gələcək. Onlar Türkiyəni və ya regionun digər ölkəsini seçə bilərlər. Elə istiqamət qurmalıyıq ki, Gürcüstanda istirahətini planlaşdıran şəxslər Azərbaycana da üz tutsunlar”.скачать dle 11.3
Mojo.az Banner