Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
22:41 Siqaret təkcə ağciyər deyil, bir sıra digər orqanların da xərçənginə səbəb ola bilər | 22:34 Hövsan qəsəbəsində yolu keçmək piyadalar üçün təhlükəlidir (VİDEO) | 22:28 10 oğurluq, bir xuliqanlıq hadisəsi törətdi - Anlaqsız olduğu məlum oldu | 22:21 "Meduza"dan 3500 qutu markasız tütün çıxdı - Sahibkara cəza verildi | 22:16 Ürək və beyin üçün ən faydalı çərəz | 22:07 Türkiyədə zəlzələ oldu | 22:02 Məşhur rejissorun ölümü ilə bağlı yarım əsr sonra cinayət işi açıldı | 21:54 Sabah Bakıda 23 dərəcə isti olacaq | 21:49 Azərbaycanda mənzillərin qiymətləri ucuzlaşacaq? - AÇIQLAMA | 21:43 Hakerlər 15 min dövlət işçisinin məlumatlarını ələ keçirdi - Sloveniyada | 21:35 Beyləqanda 27 yaşlı ustanı "tok" vurub öldürdü | 21:30 Bu yolayrıcında işıqfor quraşdırıldı | 21:26 Şəhid atası dünyasını dəyişdi | 21:17 Bu döyüş Makqreqor üçün son olacaq | 21:08 Azərbaycanda korrupsiyaya qarşı əməliyyat: Saxlanılan var | 20:55 Aqressiyanın kökündə uşaqlıqdan gələn sevgisizlik dayana bilər – MÜSAHİBƏ | 20:38 Qazaxıstanda dövlət çevrilişinin qarşısı alınıb, 10 nəfər saxlanılıb | 20:17 Müəllimlər üçün metro və avtobus qiyməti 1 qəpik olacaq | 20:10 Prokurorluq orqanlarının veteranları təltif ediliblər | 20:08 Rusiyadan əcnəbilərin deportasiyasına səbəb olan inzibati xətaların sayı iki dəfə artırılır |
Mojo.az Avto
Mojo.az Avto

Bakıda "avtoş" polisləri arxasına salıb şəhəri bir-birinə qatdı - VİDEO

25.06.2019 15:09 6 732
Bakıda
Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin əməkdaşları gecə saatlarında şəhər ərazisinə avtoxuliqanlıq edən 99 LE 781 dövlət nömrə nişanlı, "Nissan Sunny" markalı avtomobilin sürücüsü Kamran Qasımovu saxlayıblar.

Median.Az
avtosfer.az-a istinadla xəbər verir ki, İqtisad Universitetinin 4-cü kurs tələbəsi olan Kamran Qasımov etibarnamə olmadan nəqliyyat vasitəsini idarə etdiyi üçün yol polisinin saxla işarəsinə tabe olmayaraq qaçıb. YPX əməkdaşları onu təqib etdikdə isə sürücü qarşısına çıxan bütün maşınları vuraraq əzib.

O təxminən 4 mülkü avtomobil və iki YPX maşınına ziyan vurub. Eyni zamanda işıqforda dayanam zaman yol patrul xidməti əməkdaşı açıq olan şüşədən əlini salaraq avtomobilin qapısını açmaq istəyib. Bu zaman Kamran Qasımov şüşəni bağlayaraq maşını sürüb. Nəticədə qırılan şüşə YPX inspektorunun əlini doğrayıb. Sürücünün narkotik vasitələrin təsiri altında olduğu ehtimalı yaranıb. O, müayinə olunmaq üçün Maştağada yerləşən tibbi müayinə mərkəzinə aparılıb.

Hadisə şahidlərinin sözlərinə görə, sürücü saxlanılan zaman avtomobilində energetik içki və şpris aşkarlanıb. Hazırda sürücü Narkoloji Dispanserdə müayinə olunub. O, narkotik vasitələrinin təsiri altında olduğu təsdiqlənib. Daha sonra isə onun barəsində toplanmış materiallar Nəsimi rayon məhkəməsinə göndəriləcək.

Son xəbərlər