Mojo.az Banner
23:00 İş axtaran 50 yaşdan yuxarı şəxslərə şad xəbər: məhdudiyyət aradan qalxır?  |     22:52 Növbəti 4 günə diqqət! – XƏBƏRDARLIQ EDİLDİ  |     22:43 Ucarda 16 yaşlı gəncin suda boğulmasının təfərrüatları - FOTO  |     22:38 Dünyada ağcaqanad xəstəliyi yayılır - Ölümcüldür  |     22:29 Pensiyalar nə vaxt veriləcək? - TARİX AÇIQLANDI  |     22:24 Fransada meşə yanğınları ilə əlaqədar həbslər olub  |     22:18 Çində təxliyə edilən insanların sayı 1 milyonu keçdi - YENİLƏNİB  |     22:11 İki yaşdan kiçik uşaqlara şokolad vermək olar?  |     22:05 "Barselona"dan 100 milyonluq transfer əməliyyatı  |     21:56 Bakıda sağlamlıq mərkəzinin rəhbərini öldürüb gölün kənarına atdılar  |     21:50 Qobustanda ağır QƏZA: Ölən var  |     21:41 Yaxın Şərqdə GƏRGİNLİK: İsrail Livana zərbələr endirdi  |     21:36 Əmrah Bulud "Karvan-Yevlax"dan getdi  |     21:30 Rusiya Sumını vurdu - Ölənlər var  |     21:24 "Coca-Cola" ilk dəfə tərkibində kokain olan dərman kimi yaradılıbmış  |     21:19 Yeni hoteldə 45 nəfərə iş veriləcək - 20-si Qarabağ sakinidir  |     21:12 Bakı bulvarında batmaqda olan şəxs xilas edilib - VİDEO  |     21:07 Türkiyədə qeysəriyyə əməliyyatlarına görə 100-ə yaxın həkim cəzalandırıldı  |     20:40 Orqanizmdə dəmir çatışmazlığını necə bilmək olar? - 5 əlamət  |     20:35 Okeanın dibində 73 gizli vulkan tapıldı - Bəziləri yenidən aktivləşə bilər  |    
Left Banner
Right Banner

Qarpız-yemiş almaq təhlükəlidir! - XƏBƏRDARLIQ

19.06.2019 21:38 1 949
Qarpız-yemiş almaq təhlükəlidir! - XƏBƏRDARLIQ
İyun ayı olsa da artıq bazar və marketlərdə qarpız-yemiş satışı ilə qarşılaşırıq. Sirr deyil ki, bu məhsullar hazırki mövsümdə mineral gübrələrin köməyi ilə yetişdirilir. İki ay yarıma ərsəyə gələn qarpızın yetişməsi üçün lazım olan istilik məhz iyul-avqust aylarında olduğu üçün mütəxəssislər iyun ayı ərzində qarpız yeməyi məsləhət görmürlər.

Amma hazırda satışda olan qarpız-yemişi alanlar az deyil. Bu məhsulların nə kimi ziyanı var?
Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov məsələ ilə bağlı Modern.az-a danışıb. Ekspertin sözlərinə görə, təmiz, gübrəsiz qarpızın çəkisi 5 kiloqramdan çox olmamalıdır.

"Hər il bu sahədə monitorinqlər aparırırq. Qarpız, yemiş istehsal edən şəxslər məhsulun böyük olması üçün çoxsaylı gübrələrdən istifadə edir. Təəssüf olsun ki, hətta mövsüm vaxtı belə istifadə olunan gübrələrin normadan artıq olması ilə qarşılaşırıq. Əhali bilməlidir ki, indi qarpız və yemişin yetişdirilməsində külli miqdarda nitritlərdən istifadə olunur. Nitritlər insanı tədricən zəhərləyən kimyəvi maddələrdir. Xüsusilə, böyük ölçüdə rəngi çəhrayı olan qarpızlar gübrənin çox olduğunun göstəricisidir".

Pediatr Vaqif Qarayev bildirir ki, iyul ayının 20-ədək uşaqlara qarpız-qovun yedirmək qətiyyən olmaz:
"Qarpızın Azərbaycanda yetişmə dövrü iyul ayının 20-dən sonradır. Ondan əvvəl yetişdirilən qarpızlar sağlamlıq üçün təhlükəlidir. Təcrübəli adam qarpızı kəsəndən sonra rəngindən hiss edir ki, düzgün yetişdirilməyib. Tez qızarsın deyə qarpız tağlarına süni maddələr, nitratlar vurulur. Satış yerlərində qarpız, yemiş nəzarətdən keçirilməlidir. Əgər məhsul sanitar normanı keçirsə, nitrat çox vurulubsa, satışdan yığışdırılmalıdır. Yemişə də süni qidalar vurulur, lakin qarpızda bu cür qidalardan, nitratlardan daha çox istifadə olunur. Buna görə də o daha təhlükəlidir. Vaxtından əvvəl yetişdirilmiş bu cür tərəvəzlər uşaqlarda allergiya, mədə-bağırsaq sisteminin pozulması ilə nəticələnir. Xüsusən körpə uşaqlarda bu proses daha tez özünü göstərir, qana zəhərlənmə keçir".скачать dle 11.3
Mojo.az Banner