Mojo.az — elanlar
RU
RU
Mojo.az Avto
Mojo.az Avto

Elçibəyin xanımı Kələkidə dəfn edildi - FOTO

15.06.2019 15:33 5 749
Elçibəyin xanımı Kələkidə dəfn edildi - FOTO
Azərbaycanın sabiq Prezidenti Əbülfəz Elçibəyin həyat yoldaşı Həlimə Əliyeva Kələkidə kənd qəbiristanlığında, valideynlərinin yanında torpağa tapşırılıb.

Report-un xəbərinə görə, cənazə Azərbaycan bayrağına bürünüb.

Dəfn mərasimində mərhumun ailə üzvləri, sabiq deputat Arzu Səmədbəyli, MHP İğdır millət vəkili Yaşar Qaradağ, Ülkü Ocaqları rəhbərinin müavini Aybars Kösə, Türkiyə Ülkü Ocaqlarının Baş katibi Ömər Çağrı Özdəmir və MHP-nin İstanbul və İğdır təşkilatlarının nümayəndə heyəti iştirak edib. Onlar mərasimə MHP sədri Dövlət Bağçalının tapşırığı ilə qatılıblar.

Qeyd edək ki, H.Əliyeva dünən vəfat edib. Onun yas mərasimi xərclərini Heydər Əliyev Fondu öz üzərinə götürüb.





Son xəbərlər