Mojo.az — elanlar
RU
RU
Mojo.az Avto
Mojo.az Avto

Zəhranın oğurlanmasına görə saxlanılan qadın barəsində həbs qətimkan tədbiri seçilib

07.06.2019 19:09 3 040
Zəhranın oğurlanmasına görə saxlanılan qadın barəsində həbs qətimkan tədbiri seçilib
Üç yaşlı Zəhra Bağırzovanın oğurlanması ilə əlaqədar Sabunçu Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 144.1-ci (adam oğurluğu) maddəsi ilə cinayət işi başlanılıb.

Bu barədə Baş Prokurorluğun Mətbuat xidmətinin rəhbəri Eldar Sultanov məlumat verib.

O bildirib ki, şübhəli qismində saxlanılan Tərgül Nəzərova barəsində Sabunçu Rayon Məhkəməsinin qərarı ilə 3 aylıq həbs qətimkan tədbiri seçilib. Hazırda istintaq tədbirləri davam etdirilir.

Qeyd edək ki, Z.Bağırova iyunun 4-də itkin düşüb, iyunun 6-da isə tapılıb.//report.az

Son xəbərlər