Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
13:47 Uşaqlar niyə aqressivləşir? – Pediatrdan valideynlərə xəbərdarlıq  |     13:36 Ermənistan ərazisinə keçən çoban Azərbaycana qaytarılıb  |     13:35 Azərbaycan ən çox hansı məhsulları xaricdən alır? – ARAŞDIRMA  |     13:27 Cinayət işlərində hüquqi yardıma dair Avropa Konvensiyasına Əlavə Protokol təsdiqlənib  |     13:14 İlham Əliyev Özbəkistanla iki sənədi təsdiqlədi  |     13:12 Prezident tikinti ilə bağlı komissiya yaratdı, Şahin Mustafayevə yeni vəzifə verdi  |     12:56 Bakıda keçirilən beynəlxalq forumun yekununda mühüm sənəd qəbul ediləcək  |     12:49 Ağac kəsərkən qaydaları pozdu - İşdən azad edildi  |     12:40 Mehriban Əliyeva Fərhad Xəlilovu təbrik etdi - Foto  |     12:25 İlham Əliyev Niderlandın xarici işlər nazirini qəbul edib - Foto  |     12:13 Eyni dərman apteklərdə niyə fərqli qiymətə satılır? - Tarif Şurasından açıqlama  |     11:59 İlham Əliyev Aleksander Van der Belleni təbrik etdi  |     11:57 Dünya çempionatı: Azərbaycanın daha üç yunan-Roma güləşçisi mübarizəyə başlayır  |     11:55 Kimlərin pensiyalarına əlavələr ediləcək və məbləğ nə qədər olacaq?  |     11:35 Xətaidə cinayətkar birliyin fəaliyyəti ilə bağlı 11 nəfər həbs edilib - Davadan yeni görüntülər (Video)  |     11:30 Payızda yuxusuzluğun əsas səbəbləri açıqlandı  |     11:28 Şahbuzda ayılar yol kənarında görüntüləndi – Video  |     11:26 Abşeronda qaz problemi: "Ödədiyimiz 31 min manatın da aqibətindən xəbərsizik" - Video  |     11:22 "Piter Elçin"in qardaşını öldürən şəxslə bağlı qərar ləğv edildi: Səbəb  |     11:07 Bakıda yolların birində hərəkət tam məhdudlaşdırılır  |    
Mojo.az Avto
Mojo.az Avto

Almaniyada əylənmək üçün 85 nəfəri öldürən tibb işçisinə hökm oxundu

06.06.2019 22:30 1 762
Almaniyada əylənmək üçün 85 nəfəri öldürən tibb işçisinə hökm oxundu
Almaniyanın Oldenburq şəhər məhkəməsi keçmiş sanitar Hils Hegeli işlədiyi klinikada 85 pasiyenti öldürdüyünə görə, ömürlük həbsə məhkum edib. Bu barədə The Guardian məlumat yayıb.

42 yaşlı Heqel 2000-2005-ci illərdə Almaniyanın şimalındakı Oldenburq və Delmenxorst şəhər klinikalarında işləyib. O verdiyi dərmanla xəstələrin ürəyinin fəaliyyətini dayandıraraq, sonra yenidən onları həyata qaytarmağa çalışırmış. Lakin bu fəaliyyət əsasən, uğursuzluqla nəticələnirmiş. Heqel bu yolla 85 nəfərin ölümünə səbəb olub.

Hakim Sebastyan Byurmann bildirib ki, Heqelin hərəkəti heç bir məntiqə sığmayıb və xüsusi ağır cinayətlər qismindəndir.

Araşdırmalar zamanı məlum olub ki, Heqel öldürdüyü xəstələri şəxsən tanımayıb, o sadəcə həmkarları qarşısında öyünmək və darıxdığı üçün belə addım atıb.

Heqel 2005-ci ildə həbs edilib. O zamandan onun cinayət işi üzrə iki dəfə məhkəmə başladılıb. Yeni məhkəmə prosesi 2018-ci ildə başlayıb. Son məhkəmə prosesi çərçivəsində Heqelin növbətçiliyi zamanı ölmüş 130 pasiyentin məzarları açılaraq ekspertizaya göndərilib.

Son xəbərlər