Mojo.az Banner
12:22 UEFA Millətlər Liqasında günün oyunları: Xorvatiya İspaniyaya qarşı  |     12:21 Zəngilanda dəhşət: Fəhlələri daşıyan mikroavtobus qaynaqçını vuraraq öldürdü  |     11:55 Həccə gedəcək zəvvarların nəzərinə: Yeni tələblər olacaq - Video  |     11:53 Fransada məktəblilərin etirazları: 190-dan çox şagird yaralanıb  |     11:48 Tələbənin ölümünə səbəb olan sürücüyə cəza verildi - Təfərrüat  |     11:31 Azərbaycanda polkovnik həbs edildi  |     23:01 Şamaxıda gecəyarısı vətəndaşın obyektini sökən şirkət kimindir? (VİDEO)  |     22:57 Zirzəmidə yıxılıb çarəsiz qalan şəxs xilas olundu (VİDEO)  |     22:51 Azərbaycanda uzunömürlülərin sayı - MARAQLI STATİSTİKA  |     22:45 Ceyhun Bayramovla Marko Rubio arasında telefon danışığı aparıldı  |     22:40 Türkiyədə iki futbol hakimi həbs olundu  |     22:31 Ucarda şagirdin məktəbdən kənarlaşdırılması narazılıq yaradıb - VİDEO  |     22:26 Xalq artisti xəstəxanadan evə buraxıldı  |     22:20 Saturn Yerə ən yaxın mövqeyindədir: Bu gecə onu necə görmək olar?  |     22:12 Qeysəriyyə əməliyyatı olunan 31 yaşlı qadın öldü  |     22:08 Zəngəzurda saxlanılan azərbaycanlı hərbçi İrəvanda xəstəxanaya yerləşdirildi  |     21:51 Bakıda torpağın qiyməti kəskin artdı - Ən çox bu rayonda bahalaşıb  |     21:50 "Azəriqaz"ın adından 10 min manatlıq dələduzluq  |     21:46 Azərbaycanda uşaqların gözü qarşısında qadını bağçanın həyətində vəhşicəsinə bıçaqladılar - Hadisə baş verən ərazidən görüntülər  |     21:44 Məşhur türk aktrisası vəfat etdi  |    
Mojo.az Avto
Mojo.az Avto

Bu yay Azərbaycanda 45 dərəcə isti gözlənilir - Quraqlıq proqnozu

03.06.2019 16:31 3 309
Bu yay Azərbaycanda 45 dərəcə isti gözlənilir - Quraqlıq proqnozu
Bu il Azərbaycanda yay quraqlıq keçəcək, havanın temperaturu isə 45 dərəcəni keçə bilər.

Bu barədə oxu.az-a ekoloq, Milli Ekoloji Proqnozlaşdırma Mərkəzinin rəhbəri Telman Zeynalov məlumat verib.

Bildirib ki, havanın quraqlıq keçməsi qorxuludur:

“Ola bilər ki, 35 dərəcəyə kimi isti olsun, amma yağış yağmasın. Bu, qorxuludur. Bunun üçün yaşıllıq zolaqları yaradılmalıdır”.

Telman Zeynalov qeyd edib ki, Azərbaycanda yayda havanın temperaturu 45 dərəcəni keçə bilər:

“Bu proqnoz avqust və sentyabr ayı ərzində olacaq”.

Ekoloq 2030-cu il Azərbaycanda su qıtlığının olması barədə yayılan xəbərlərə də aydınlıq gətirib.

Qeyd edib ki, bu informasiya yanlışdır:

“Bəzi “alimlərimiz” BMT-nin verdiyi məlumata görə bu cür açıqlama verirlər. Bu, düzgün deyil. BMT-nin məramı sülhü qorumaqdır, iqlimə proqnoz vermək onların işi deyil. Azərbaycan ərazisində irili-xırdalı 8347 axar sudan ibarət çay sistemi var. Onları səmərəli istifadə etmək lazımdır. Bir sözü deyən zaman əsas olmalıdır”.скачать dle 11.3
Mojo.az Banner