Mojo.az Banner
14:07 Bakıya dayanmadan yağış yağacaq  |     14:02 Naftalanda hoteldən əcnəbinin meyiti tapıldı  |     13:50 Şəkidəki hadisə Ermənistanda generalın istefasına səbəb oldu: Növbə MN-dədir  |     13:43 Ağsuda 40 yaşlı kişi qayınanasını döydü  |     13:24 Sabirabadda 17 yaşlı oğlan 14 yaşlı qızı qaçırdı  |     13:24 Azərbaycanda inşa edilən ilk beynəlxalq yük hava limanının açılış tarixi məlum olub  |     13:23 Qubada 60 yaşlı kişi faciəli şəkildə öldü  |     13:22 Astarada maşın dərəyə aşdı: Ölən var  |     13:14 Borclunun yeganə evi satıla bilərmi? – Hüquqşünasdan AÇIQLAMA  |     13:00 14 yaşlı qızın videolarını yayan şəxs həbs edildi  |     12:52 "70 cür yemək yeyirlər, sonra zəhərlənirlər" – Mütəxəssis  |     12:45 Pendir istehsal edən sexin vəziyyəti təəccübləndirdi - Video  |     12:43 Rəsmi Bakıdan şəhidimizin adını daşıyan gəmiyə dron hücumu məsələsinə reaksiya  |     12:39 Əli Əsədovdan cərimə duracaqları və qarajlarla bağlı mühüm qərar  |     12:37 Sahibkarlara maliyyə yardımı ilə bağlı yeni qərar  |     12:33 Azərbaycan nefti bahalaşıb  |     12:22 UEFA Millətlər Liqasında günün oyunları: Xorvatiya İspaniyaya qarşı  |     12:21 Zəngilanda dəhşət: Fəhlələri daşıyan mikroavtobus qaynaqçını vuraraq öldürdü  |     11:55 Həccə gedəcək zəvvarların nəzərinə: Yeni tələblər olacaq - Video  |     11:53 Fransada məktəblilərin etirazları: 190-dan çox şagird yaralanıb  |    
Mojo.az Avto
Mojo.az Avto

Nazir yarmarkada - FOTO

01.06.2019 19:59 1 472
Nazir yarmarkada - FOTO
Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) Məzun Günü və 11-ci Məzun Yarmarkası keçirilib.

Median..Az
xəbər verir ki, ADAU-nun Mühəndislik fakültəsində keçirilən tədbirdə kənd təsərrüfatı naziri İnam Kərimov, nazir müavinləri İlham Quliyev və Seyfəddin Talıbov, nazirliyin müvafiq struktur bölmələrinin rəhbərləri, ölkədə fəaliyyət göstərən aparıcı kənd təsərrüfatı şirkətlərinin təmsilçiləri iştirak ediblər.

Tədbirdə çıxış edən nazir İ. Kərimov qeyd edib ki, Azərbaycan Prezidenti İlham Əliyevin yürütdüyü siyasət nəticəsində iqtisadiyyatın digər sahələri kimi aqrar sahə öz inkişafının yeni mərhələsinə qədəm qoyub. Nazir bildirib ki, dövlət başçısı tərəfindən həyata keçirilən aqrar islahatlar kənd təsərrüfatının daha da inkişafını nəzərdə tutur və bu məqsədlə dövlət tərəfindən çox böyük dəstək tədbirləri həyata keçirilir:

“Bu gün aqrar sahə özünün ən inkişaf etmiş, ən uğurlu mərhələsini yaşayır. Aqrar sahənin inkişafı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən həyata keçirilən siyasətin prioritetini təşkil edir. Bu gün aqrar peşə Azərbaycanda ən nüfuzlu peşələrdən birinə çevrilməkdədir. Təsadüfi deyil ki, görülmüş işlər nəticəsində Azərbaycan Dövlət Aqrar Universiteti dünyanın ən inkişaf etmiş, ən uğurlu universitetlərindən biridir. Universitetin güclü maddi-texniki bazası, ən müasir yataqxanaları, tədris korpusları var. Hazırda Azərbaycan Dövlət Aqrar Universitetinin yeni tədris korpusunun tikintisi davam edir. Hesab edirəm ki, Azərbaycan Dövlət Aqrar Universitetinin yetişdirdiyi hər bir tələbə gələcəyin uğurlu kadrı olacaq”.

Sonra nazir ADAU İnnovasiya Mərkəzində olub, Mərkəzin üzvləri həyata keçirdikləri innovativ təşəbbüslərlə bağlı təqdimatlar ediblər.



Nazir həmçinin Məzun Yarmakasının gedişi ilə tanış olub. Bildirilib ki, Məzun Yarmarkasında 44 rayondan 151 müəssisə iştirak edib və məzunlara 1124 iş yeri təklif edilib. Ümumilikdə bu il Azərbaycan Dövlət Aqrar Universitetindən 1170 nəfər məzun olacaq. Onların 772 nəfəri əyani, 226 nəfəri qiyabi təhsil almış tələbələrdir. Bundan başqa, 2018/2019 tədris ilində 172 tələbə magistr pilləsində təhsili başa vurub.//oxu.azскачать dle 11.3
Mojo.az Banner