Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
23:01 Ölkədə 11 mindən çox uşaq nikahdan kənar doğulub  |     22:55 Çexiyada orta əsrlərdən qalma xəstəlik geniş yayılır  |     22:50 "Qlobal" hosteldə oğurluq: Otaq yoldaşının telefonunu və pulunu oğurladı  |     22:42 TƏBİB-in yeni rəhbəri məlum oldu  |     22:37 Avropaya 66 milyard kubmetrdən çox qaz ixrac edilib - Energetika naziri  |     22:30 Bakıda su satışı aparatlarından oğurluq edənlər həbs olundu  |     22:25 Aygün Bəylərin bacıları bir-birindən imtina etdilər  |     22:16 Oktyabrın bütün sosial ödənişləri yekunlaşdırıldı  |     22:11 Bal yarmarkasının keçiriləcəyi tarix açıqlandı  |     22:03 Azərbaycan sərhədini pozan yeniyetmə həbs olundu  |     21:55 Sabah Yardımlının 7 kəndində qaz olmayacaq  |     21:50 Balıq bazarıda bahalaşma - VİDEO  |     21:41 Polkovnik Ramin Orucovla bağlı əmr imzalandı  |     21:29 Leyla Əliyeva Şamaxıya səfərindən paylaşım edib - Video  |     21:20 Azərbaycanın yunan-Roma güləşçiləri dünya çempionatını ikinci sırada başa vurublar  |     21:18 Azərbaycanda "WhatsApp" istifadəçilərinə xəbərdarlıq edildi  |     21:10 Bakıda kişi 40 kiloqram marixuananı götürməyə arvadı və uşağı ilə getdi  |     21:07 Texnologiya müəllimi əri tərəfindən qətlə yetirildi - Pərvanənin qatilinə hökm oxundu  |     21:06 Mehriban Əliyeva "Mənim Abşeronum: Üstə gəl" adlı retrospektiv sərgi ilə bağlı paylaşım edib - Video  |     20:55 Putin: "Azərbaycan Rusiya üçün etibarlı tərəfdaşdır"  |    
Mojo.az Avto
Mojo.az Avto

SOCAR və IBM süni zəka aləti yaradıb - Adı “Aliyə”dir

31.05.2019 17:16 3 373
SOCAR və IBM süni zəka aləti yaradıb - Adı “Aliyə”dir
Neft və qaz hasilatında yüksək nəticələrin əldə olunması məqsədilə qazma mühəndisliyində süni zəka tətbiq olunur.

Bu barədə SOCAR-ın rəsmi səhifəsində məlumat verilib.

Belə ki, “Aliyə” adlanan yeni alət əvvəl qazılmış quyulara dair məlumatlar əsasında bir neçə saniyə ərzində mürəkkəb analitik əməliyyatları yerinə yetirə bilir. Belə bir prosedur yalnız insan tərəfindən yerinə yetiriləndə bir aydan çox vaxt tələb edir.

Süni zəka aləti mühəndislik prinsipləri, quyuların layihələndirilməsi üzrə metodologiya və təcrübəni, habelə mürəkkəb məlumat bazasından istifadə edərək mühəndislərə tez və effektiv şəkildə bir neçə konseptual quyu konstruksiyası yaratmağa, həmçinin, layihələrin xərcləri və vaxtını planlaşdırmağa, əsas göstəriciləri ölçməyə və riskləri müəyyənləşdirməyə imkan verəcək.

SOCAR-ın yataqların işlənməsi üzrə vitse-prezidenti Yaşar Lətifov bunu neft-qaz sənayesinə verilən töhfə kimi dəyərləndirib:

“2018-ci ilin noyabrında bu təşəbbüsə start verildiyi zaman mən tam əmin idim ki, bu əməkdaşlıq nəticəsində, 2019-cu ilin fevralında Bakıda Beynəlxalq Qazma Podratçıları Assosiasiyasının (IADC) konfransına real bir layihə təqdim edəcəyik. Amma həmkarlarım bundan da tez, artıq iki ay sonra - yanvar ayında “Aliyə”ni mənə təqdim edəndə heyrətə gəldim.

Bu, bütün sənaye üzrə quyuların layihələndirilməsi və məlumatların idarə olunması sahəsində qarşımızda nəhəng imkanlar açır. Sevindirici haldır ki, dünyada ilk neft quyusunun qazılmasından 170 il və “Neft Daşları” kimi əfsanəvi dəniz yatağında dünyanın ilk ofşor quyusunun qazılmasından 70 il ötəndən sonra Azərbaycanın belə bir zəngin tarixi irsə malik olan milli brendi SOCAR dünyanın aparıcı şirkətlərindən biri olan IBM ilə birlikdə bu cür mütərəqqi texnologiyanı yaratmaqla neft-qaz sənayesinə daha bir töhfə verdi”, - deyə o bildirib.

SOCAR-ın kadr, rejim və informasiya texnologiyaları üzrə vitse-prezidenti Xalik Məmmədov bunu tammiqyaslı rəqəmsallaşmağa doğru ilk addım sayır:

“IBM ilə birlikdə biz yeni və maraqlı dövrün astanasındayıq. “Aliyə” əməliyyatlarımızın tammiqyaslı rəqəmsallaşmasına doğru atılan ilk addımdır. Biz neft-qaz sənayesinin bütün sahələrində apardığımız əməliyyatların rəqəmsallaşması üçün CIC ilə birlikdə, paralel olaraq, bir neçə layihə üzərində işləyirik”.

SOCAR və IBM gələcəkdə “İnnovativ Qaraj” layihəsi çərçivəsində yerin və dənizin təkində aparılan kəşfiyyat-hasilat əməliyyatlarında, quyularda, satınalma və təchizat zəncirinin idarə olunmasında və SOCAR-ın bir çox digər əməliyyat sahələrində süni zəka texnologiyasının tətbiqini və şirkətin mövcud rəqəmsallaşma strategiyası ilə uzlaşdırılmasını planlaşdırırlar.

Son xəbərlər