Mojo.az — elanlar
RU
RU
Mojo.az Avto
Mojo.az Avto

Kürdəxanıda sürücü yuxuladı, “Jiquli”si işıq dirəyinə çırpıldı

31.05.2019 12:01 3 353
Kürdəxanıda sürücü yuxuladı, “Jiquli”si işıq dirəyinə çırpıldı
Gecə saatlarında paytaxtın Sabunçu rayonunda 1 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Median.Az
xəbər verir ki, 1951-ci il təvəllüdlü Əkbərov Elxan İsmayıl oğlu Kürdəxanı kəndi ərazisində idarə etdiyi “VAZ 21011” markalı minik avtomobili ilə hərəkətdə olarkən anidən idarəetməni itirib.

Nəticədə avtomobil yol kənarındakı işıq dirəyinə çırpılıb. Sürücü müxtəlif dərəcəli bədən xəsarətləri ilə 3 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılıb.

E.Əkbərova sol topuğun və aşağı ətrafların sınığı, kəllə-beyin travması diaqnozu qoyulub. Vəziyyəti orta-ağır qiymətləndirilir.

İlkin ehtimala görə, sürücü sükan arxasında yuxulayıb.

Faktla bağlı araşdırma aparılır.//oxu.az

Son xəbərlər