Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
23:02 Bu 3 bürc bazar günü XOŞ XƏBƏR ALACAQ | 22:56 Gələn il Azərbaycanda 950 min tona yaxın kartof istehsalı proqnozlaşdırılır | 22:51 371 roman yazan qadın süni intellektə görə təhdid və təhqirlə üzləşdi | 22:44 Zaxarova NATO-nu ittiham etdi | 22:39 "Avroviziya Asiya"nın ilk qalibi oldu | 22:31 Avtomobili özündən xəbərsiz satışa çıxarıldı - VİDEO | 22:26 "Meta" 805 milyon avro cərimələnib | 22:17 Azərbaycanda bəzi binalara istilik verilməyə bilər: Səbəb - Video | 22:08 Lənkəranda ağlasığmaz hadisə: Hotelin icarədarı öz işçilərini qarət etdi | 22:00 Dağıstanda məşhur idmançı güllələnərək öldürüldü | 21:56 Ramiz Mehdiyevin qızının vəkili həbs edildi | 21:49 Lənkəranda ağlasığmaz hadisə: Hotelin icarədarı öz işçilərini qarət etdi | 21:33 Büdcədə tarixi dəyişiklik: Neftdənkənar gəlirlər 60 faizi ötəcək - Foto | 21:26 İlon Maskın "Starship" raketi sınaq zamanı partladı - Video | 20:49 Kütləvi yol-nəqliyyat hadisəsində ölənlərin sayı 13-ə çatıb | 20:44 Məktəblərdə sərt qaydalar tətbiq oluna bilər: Cərimə, qırmızı kart və uzaqlaşdırılma | 20:36 Bakıda yataqxanadan tələbə qızın meyiti tapıldı | 20:30 Leyla Əliyeva COP31-ə dair videoçarx paylaşıb - Video | 20:24 Tələbələri şantaj edərək pul istəyən şəxs barəsində qərar verildi | 20:10 "Nvidia" şirkətinin rəhbərliyinə mümkün namizədin adı açıqlandı |
Mojo.az Avto
Mojo.az Avto

Kərimi döyən şəxs DANIŞDI - Təhqir etdi

25.05.2019 14:49 2 983
Kərimi döyən şəxs DANIŞDI - Təhqir etdi
Kərim Abbasova iradımı bildirdim ki, belə maşın sürməzlər. Bu da əllə işarə elədi ki, “əcəb eləyirəm, sür”. Bir az mübahisə etdikdən sonra yenidən hərəkətə başlayanda sağıma keçib, yanında qadın ola-ola söyüş söyməyə başladı. Mən “qadınlasan, get” desəm də məni təqib etməyə başladı.

Median.Az
xəbər verir ki, bu sözləri Lent.az-a müsahibəsində müğənni ilə əlbəyaxa olan Elvin Ramazanov deyib. E.Ramazanov bildirib ki, Kərim Abbasov ona iki dəfə hücum çəkib:

“Yaxınlaşdı pəncərədən dedi ki, çək sağda saxla. Mən saxladım, cumdu üstümə təhdid dolu təhqirlər yağdırdı, mənə təpik atdı. Yəqin ki, bütün görüntülər təhlükəsiz şəhər kameralarına qeyd olunub. Yaxınlıqdakı adamlar bizi ayırandan sonra hərəkətə başladıq. Yenidən sağ tərəfdən maşını mənim maşınımın üstünə sürdü. Əllə təhqiramiz işarə göstərdi. Qarşıma keçib qəfil əyləci basdı. İşıqforun qırmızı işığına düşdük. Kərim orta zolaqda, yolun hərəkət hissəsində saxlayıb düşdü yerə. Gördüm ki, əlində telefon söyüş-söyə mənim maşınıma tərəf gəlir. Mən də maşından düşdüm ki, əlindən telefonunu alım. Düşəndə mənə ağır söyüşlər söydü. Fikir versəniz görərsiniz ki, onun paylaşdığı video səssizdir. O, özü təhqir edərək, əlində telefon mənə hücum çəkirdi”.

Qeyd edək ki, Kərim Abbasov küçədə hücuma məruz qalması və ona hücum edən şəxsin özünü polis kimi qələmə verdiyini bildirmişdi. Hazırda da iş üzrə Binəqədi rayon Polis İdarəsində təhqiqat gedir.

Son xəbərlər