Mojo.az Banner
23:01 Problemli kreditlərin həcmi artır - Səbəb nədir? (VİDEO)  |     22:55 Bakıda kanatla sərnişindaşıma olacaq - VİDEO  |     22:48 Ukraynada döyüşən daha bir azərbaycanlı həlak oldu  |     22:43 Vasif Talıbovun yaxın adamının 12 illik fəaliyyəti yoxlanılır  |     22:34 "Turan Tovuz" "Fənərbağçaya məğlub oldu  |     22:29 Gəncədə bədbəxt hadisə: Bacı-qardaş xəstəxanaya yerləşdirildilər  |     22:21 Paytaxtın bəzi ərazilərində işıq olmayacaq  |     22:16 Ağdamda 15 yaşlı qızın erkən evliliyinin qarşısı alındı  |     22:10 Sürücülərə xəbərdarlıq: Sabah yollarda görünüş məsafəsi məhdudlaşacaq  |     22:02 Zəngəzurda saxlanılan əsgərimizin taleyi necə olacaq? - Açıqlama  |     21:56 Bakıda 32 yaşlı kişi diş həkiminə görə arvadını bıçaqladı  |     21:48 Ağdaşda evdə yanğın - Ana və oğulları ilə bağlı təfərrüat  |     21:40 Bakıda ən ucuz evlər bu ərazidədir  |     21:35 Payız axşamlarında izlənməli 5 film  |     21:27 Müəllimlərin yaş həddi ilə bağlı yeni məlumat  |     21:22 Təyyarəni qəzaya uğratmaq istəyən pilotun keçmişi ilə bağlı şok detallar üzə çıxdı  |     21:14 Tanınmış həkim xərçəngin səbəblərin açıqladı  |     21:08 6 min manat alıb oğlunu həbsdən çıxaracağını vəd etdi - 2 il 9 ay həbs  |     21:00 Büdcə smartfonlarının sonu: "Samsung" və "Google" modellərinin qiyməti kəskin artdı  |     20:55 Toyuq əti bu səbəblərdən bahalaşır  |    
Mojo.az Avto
Mojo.az Avto

Tarix Muzeyində yanğın olsa, binanı və eksponatları xilas etmək mümkün olmayacaq - FOTO

23.05.2019 13:38 2 544
Tarix Muzeyində yanğın olsa, binanı və eksponatları xilas etmək mümkün olmayacaq - FOTO
Paytaxtda avtomobillərin parkinqi ilə bağlı kifayət qədər problem var. Bu yetməzmiş kimi sürücülər avtomobillərini elə ərazilərdə saxlayırlar ki, bu, özü də bir başqa ciddi problem yaradır.

Söhbət Azərbaycan Milli Elmlər Akademiyasının Tarix Muzeyinin yerləşdiyi binadan gedir.

Oxu.az-ın fotoqrafı sözügedən ərazidən bir neçə foto çəkib.

Maşınların çoxluğundan ərazidə yerləşən binanın Tarix Muzeyi olduğuna inanmaq çətindir.

Binanın dörd bir tərəfində avtomobillər dayanıb. Hətta üzərindəki “Muzeyin ehtiyat qapısı. Burada avtomobil saxlamaq qadağandır!” yazısı belə heç nə ifadə etmir.

Binada çox dəyərli eksponatlar qorunur. Ondan da önəmlisi, onlarla insan çalışır. Əgər binada hər hansı yanğın hadisəsi baş verərsə, binaya nə Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürən maşınları, nə də Səhiyyə Nazirliyinin təcili tibbi yardım maşınları daxil ola biləcək.

Nəticə olaraq, binadakı eksponatlarla yanaşı, insan həyatı da ciddi təhlükə ilə qarşı-qarşıyadır.











скачать dle 11.3
Mojo.az Banner