Mojo.az Banner
12:30 Milli və xarici valyutada əməliyyatların aparılması qaydalarında dəyişiklik edilib  |     12:21 Birinci sinfə qəbulla bağlı yaranan SUALLARIN CAVABLARI  |     12:20 Dövlətə xəyanətə görə Turalbəy Mehdiyevə HÖKM OXUNDU  |     12:19 Sabiq nazir və "Təfəkkür" Universitetinin rəhbəri CƏRİMƏLƏNDİ  |     12:17 Gəncədə 22 yaşlı qadın BIÇAQLANDI: Əri saxlanıldı (Yenilənib)  |     12:15 Sumqayıtda 66 yaşlı kişi hamamda yıxılaraq ÖLDÜ  |     12:15 İşləyən vətəndaşların pensiyaları nə qədər artacaq? - FOTO  |     12:13 Azərbaycandan keçməklə Rusiyadan Ermənistana 10 vaqon gübrə göndəriləcək  |     11:55 Okampo Bakıya qarşı genişmiqyaslı dezinformasiya kampaniyasını necə qururdu? - Video  |     11:50 Azərbaycanda 79 nəfər zəhərlənib, 5 nəfər ölüb  |     11:49 İsveç saxta bayraq altında üzən gəmini saxladı  |     11:47 Yaxın Şərqdəki gərginliyin əks-sədası: Azərbaycanın təkər bazarında qıtlıq yarandı - Video  |     11:45 Maştağadakı psixiatriya xəstəxanasından pasiyentlər qaçıblar? - Yaxınlıqda yaşayan sakinlər DANIŞDILAR - Video  |     11:42 Alyona Əliyeva "Baku Fashion Week" moda həftəsindən paylaşım edib - FOTO  |     11:36 Türkiyədə təhsil alan azərbaycanlı gənc faciəli şəkildə HƏLAK OLDU - FOTO  |     11:31 "Bitcoin"in qiyməti artdı - Son ayların yeni rekordu  |     11:17 "Brent" markalı neft ucuzlaşır - SON QİYMƏT  |     23:50 Məhkəmə Muaytay Federasiyası ilə bağlı qərar verdi - AÇIQLAMA  |     22:50 Əhməd təkrar cinayət törədib? - ŞOK SƏS YAZISI  |     22:41 Prezident təltif etmişdi: cəmi 4 ay sonra faciəli şəkildə öldü  |    
Left Banner
Right Banner

Azərbaycanda zəfəran yetişdirən əmək resursları dağılıb

21.05.2019 22:04 2 332
Azərbaycanda zəfəran yetişdirən əmək resursları dağılıb
Zəfəran dünyanın ən bahalı ədviyyatıdır. İştah gətirən bu bitki xalq təbabətində suçiçəyi, prostat, astma, böyrək iltihabı, göz və ürək ağrıları, zob, revmatizm və digər xəstəliklərə qarşı dərman kimi məşhurdur. Lakin daha çox xörəklərə, içkilərə xoş dad və ətir verən, restoranlara daşınan ədviyyat kimi tanınır.

Median.Az
fed.az-a istinadən bildirir ki, onun dünya bazarını özünə cəlb edən hissəsi məhz çiçəyin içindəki 3 qırmızı telidir ki, bir kiloqramı 1100 dollardan 11 min dollara qədər qiymətə satılır.

Bu bitki Abşerona VIII-IX əsrlərdə kiçik Asiyadan gətirilib. Zəfəran, Abşeronda iyul, avqust aylarında əkilir. 1941-ci ilə qədər hər il yarımadada 600 kq-a qədər quru zəfəran hazırlanırmış. İqlim və torpaq şəraitinin əlverişli olmasına baxmayaraq, bu bitkiyə ayrılan sahə çox azdır. Məhsuldarlıq isə son vaxtlar aşağıdır. Hər sentnerin maya dəyəri baha başa gəlir. Bunun bir səbəbi də əkin materialının az olması, əkən-becərən texnikanın qıtlığıdır. Başlıca səbəbi isə aqrotexniki tədbirlərin həyata düzgün keçirilməməsidir.

Bir vaxtlar Azərbaycanda əkin strukturunda mövcud olmuş zəfəranın istehsalının genişləndirilməsi ilə bağlı Kənd Təsərrüfatı Nazirliyinin dövlət proqramı həyata keçirməyi planlaşdırdığı bildirilir.

Ekspert Nicat Nəsirli bildirib ki, Sovet İttifaqı dağılarkən ictimai proseslərin təsirilə istehsalı azalan bitkilərin yenidən əkin strukturuna qaytarılması ilə bağlı müzakirələr aparılır.

"Bazarlar keyfiyyətsiz zəfəranlarla dolub"

N.Nəsirli qeyd edib ki, həmin bitkilərin böyük əksəriyyətinə həm daxili, həm də dünya bazarında böyük ehtiyac var:

"Onların çoxu yem bitkiləridir və yemçilik üçün vacibdir. Amma nəzərə almaq lazımdır ki, həmin bitkiləri əkinə qaytarmaq üçün ciddi araşdırmalar tələb olunur. Bu istiqamətdə rəsmi qurumlarda müzakirələr gedir. Zəfəranın yenidən əkinə qaytarılması asan məsələ deyil. Birinci növbədə zəfəranın toxumçuluğunu qurmaq lazımdır. Toxum çox baha başa gəlir. 1-2 sotda zəfəran əkmək 11-12 min manat xərc tələb edir. Bitkinin toxumçuluq olmadan yetişdirilməsi maya dəyərinə böyük təsir göstərər. Nəticədə yerli zəfəran İrandan gətirilən zəfərana rəqabətdə uduzacaq. Ona görə də hökmən məsələnin iqtisadi əsaslandırılması olmalıdır. Bu gün zəfəranla bağlı reallıq ondan ibarətdir ki, bazarımız İran və bəzi Şərq ölkələri tərəfindən tutulub. O ölkələrdən Azərbaycana istənilən keyfiyyət və qiymətdə zəfəran gətirilir".

Əmək resursları yoxdur

Müsahibimiz qeyd edib ki, zəfəranın becərilməsi üçün əmək resursları yoxdur:

"Nəzərə almalıyıq ki, bir vaxtlar zəfəranla bağlı əmək bazamız vardı. Zəfəran yetişdirən insanlarımız çox azdır, əmək resurslarımız dağılıb. Yenidən o cür insanları tapmaq və zəfəranı əmək məşğuliyyətinə çevirmək asan məsələ olmayacaq:

"Ümumiyyətlə zəfəran sahələrinin genişləndirilməsilə bağlı birmənalı fikir yoxdur. Dövlət tərəfindən yürüdülən fikir budur ki, zəfəranın strateji bitki kimi yetişdirilməsi vacibdir. Dünya bazarında zəfəranın ümumi dövriyyəsi ildə təxminən 150-200 milyon dollardır. Azərbaycan da buna laqeyd qala bilməz. Çünki ölkəmiz özü böyük bir bazardır. Amma hökmən əmək resursları, toxumçuluq və s. kimi məsələlər nəzərə alınaraq addımlar atılmalıdır. Bu məsələlərin hamısı elmi şəkildə iqtisadi əsaslandırılmalarla icra olunmalıdır. Amma bunu kim etməlidir? Dövlət gedib zəfəran əkəsi deyil. Burada maraqlı olan sahibkarlar, istehsalçılar təşəbbüs irəli sürməlidirlər. Zəfəran yetişdirilməsi 1-2 ilə nəticə vermədiyinə görə, dövlət ucuz və uzunmüddətli kreditlər, texnoloji dəstəklər verməlidir ki, sahibkarlar bu işdə maraqlı olsunlar".

"Bizdə zəfəran eksperiment kimi yetişdirilir"

N.Nəsirlinin sözlərinə görə, hazırda zəfəran Zirədə 10 hekatarda, Zərdabda 1 hektarda, eyni zamanda Bakı kəndlərində 1-2 sotda yetişdirilir:
"Amma çox zəifdir. Yəni istehsal edilən məhsul daxili tələbatı ödəmək gücündə deyil. Hesab edin ki, bizdə zəfəran eksperiment kimi yetişdirilir. Kütləvi əkin üçün torpaq da lazımdır. Bəzi kənd təsərrüfatı bitkiləri - üzüm, zəfəran, texniki bitkilər əkilən kimi nəticə vermir. Görürsünüz, pambıqçılıq inkişaf edir. Amma necə? Dövlətin hərtəfəli dəstəyi hesabına. Bu dəstək olmasa, pambıq əkilib ortaya çıxarıla bilməz. Zəfəranda da bu şəkildə birbaşa və dolayı dövlət dəstəklərinin verilməsi vacibdir".
скачать dle 11.3
Mojo.az Banner